1. Avtomatik idarəetmə (tənzimləmə) sahəsində əsas anlayışlar


Tipik həyəcanlandırıcı funksiyalar və keçid funksiyaları



Yüklə 1,19 Mb.
səhifə6/24
tarix31.12.2021
ölçüsü1,19 Mb.
#113226
1   2   3   4   5   6   7   8   9   ...   24
Avtomatik idarəetmənin əsasları fənnindən mühazirələr konspekti

5. Tipik həyəcanlandırıcı funksiyalar və keçid funksiyaları

(zaman xarakteristikaları)
Real şəraitdə AİS-lərin girişinə təsir edən (həyəcanlandırıcı) funksiyalar ixtiyari ola bilər. Lakin AİS-ləri və onların elementlərini bir birindən fərqləndirmək üçün onların girişinə eyni tip həyəcancı funksiya ilə təsir göstərmək lazımdır. Ona görə də AİN-də tipik həyəcanlandırıcı funksiyalar təyin edilmişdir ki, onlar da real şəraitdəki həyəcancı funksiyaları bu və ya digər şəkildə yaza bilir. Bu tipik funksiyalara aşağıdakılara aid edirlər:

1) Təkan şəkilli (pilləli). Bu tip funksiyalarda olanda funksiya sıfırdır. olanda isə hər hansı sabitə bərabərdir.





Əgər A=1 olarsa, belə funksiyaya vahid təkanşəkilli funksiya deyilir.

2) İmpuls funksiyası. Bu cür funksiyanın qiyməti t=0 olduqda sonsuzluq qədər böyük, olduqda sıfır olmasına baxmayaraq onun yaratdığı sahə məhdud olub vahidə bərabərdir.





Əgər A=1 olarsa,


İmpuls funksiyasının digər şəkli belədir:

Girişinə impuls funksiyası təsir edən elementin və ya sistemin çıxışında yaranan zaman xarakteristikasına impuls-keçid funksiyası (impuls xarakteristikası) və ya çəki funksiyası deyilir.

3) Harmonik funksiyalar. Sinusoidal və kosinusoidal olan funksiyalardır.




4) Üstlü funksiyalar.



Girişinə vahid təkan şəkilli həyəcancı funksiya təsir edən elementin və ya sistemin çıxış kəmiyyətinin aşağıdakı ifadə ilə yazılan dəyişməsinə keçid funksiyası (zaman xarakteristikası) deyilir.






(2) və (3) ifadələrini nəzərə alsaq (1) ifadəsini aşağıdakı şəkildə yaza bilərik:

Real avtomatik idarəetmə sistemlərində və onların elementlərində vahid təkan şəkilli həyəcancı təsirdə baş verən və (1) və ya (4) ifadəsi yazılan keçid proseslərinin ixtiyari olmalarına baxmayaraq onları üç əsas tipik keçid proseslərindən birinə aid etmək olar.

1-ci əyri monoton keçid prosesi (haradakı funksiyanın birinci tərtib törəməsi işarəsini dəyişmir).

2-ci əyri aperiodik keçid prosesi (hansındakı funksiyanın birinci törəməsinin dəyişməsi növbələşmir).

3-cü əyri rəqsi keçid prosesi (hansındakı funksiyanın birinci tərtib törəməsinin işarəsinin dəyişməsi növbələşir və funksiya sonsuz sayda ekstremuma malik olur)




Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin