Təbii qazın ölçü vahidləri
Təbii qazı bir neçə vahidlə ölçmək olar: ya enerji tərkibinə görə, ya da həcminə görə. Qaz sənayesində aşağıdakı ölçü vahidlərindən istifadə olunur:
-enerji üçün – coul, kalori, kVt.saat;
-həcm üçün – kub.metr.
Təbii qazın həcm vahidində ölçülməsi üçün ölçülən qazın hansı temperaturda və hansı təzyiq altında olmasını bilmək lazımdır. Qazlar asanlıqla sıxıldığına görə, qazın həcmi yalnız müəyyən temperatur və təzyiqdə ölçülür. Təbii qazı iki halda ölçmək olar:
-ölçmə üçün normal şərait: temperatur 00 S və təzyiq 760 mm civə sütuni ilə;
-ölçmə üçün standart şərait: temperatur 150S və təzyiq 760 mm civə sütuni ilə.
Enerji vahidi kimi teracouldan (TC), həcm vahidi kimi isə milyon kub.metrdən (Mm3) istifadə edirlər. Bu zaman ölçmələr standart şəraitdə (yəni, 150 S və 760 mm civə sütunu ilə) aparılır. Məlumatları yüksək istiliktörətmə qabiliyyətinə görə göstərmək lazımdır.
Dostları ilə paylaş: |