Enerji vahidlərinə (TC) çevirmə qazın yüksək istiliktörətmə qabiliyyətinə görə olmalıdır. Qazın müxtəlif istiliktörətmə qabiliyyəti ola bilər. O cümlədən, qazın axınının daxilindəki hər bir komponentlərin müxtəlif istiliktörətmə qabiliyyətləri ola bilər (məsələn, müxtəlif yataqlardan istehsal olunan (keyfiyyəti fərqli qazlar) və ya müxtəlif mənbələrdən idxal olunan). İstiliktörətmə qabiliyyəti zamana görə də dəyişir. Yüksək istiliktörətmə qabiliyyətlərinin haqqında məlumatları qazçıxarma sənayesindən almaq olar.
Təbii qazın həcm vahidindən enerji vahidinə (teracoula) keçmək (yenidən hesablanması) üçün müxtəlif axınların hər bir komponenti üçün yüksək istiliktörətmə qabiliyyətinin uyğun qiymətindən istifadə etmək lazımdır. Enerji tərkibinin teracoulla alınması üçün kub.metrlə olan həcmi yüksək istiliktörətmə qabiliyyətinə vurmaq lazımdır.
İdxal haqqında məlumatların hesablanması zamanı orta yüksək istiliktörətmə qabiliyyətindən istifadə etmək lazımdır. Başqa sözlə, ümumi idxal ayrı-ayrılıqda hesablamaların cəminə bərabər olmalıdır. Məsələn, bir ölkə A ölkəsindən 33,3 TC/m3 istiliktörətmə qabiliyyətli 3000 Mm3 və B ölkəsindən 41 TC/m3 istiliktörətmə qabiliyyətli 5000 Mm3 təbii qaz idxal edir. İdaxıln orta istiliktörətmə qabiliyyətini müəyyən etmək üçün istiliktörətmə qabiliyyətlərinə müvafiq idxal həcmləri hesablanır.
İdxalın orta istiliktörətmə qabiliyyətinin hesablanması
Təchizatçı
ölkə
|
İdxalın həcmi
(Mm3)
|
İstiliktörətmə qabiliyyəti
(TC/m3)
|
İdxal,
Kub.m düşən TC
(m3 x TC/m3)
|
İstiliktörətmə
qabiliyyəti
(TC/m3)
|
A
|
3 000
|
33,3
|
3 000 x 33,3 = 99 900
|
|
B
|
5 000
|
41,0
|
5 000 x 41,0 = 205 000
|
|
Cəmi:
|
8 000
|
X
|
99 900+205 000=304 9000
|
304 900 / 8 000=38,113
|
Dostları ilə paylaş: |