1. Ayrı-ayrı enerji məhsullarının (əmtəələrin) balanslarının tərtibinə dair Müqəddimə


-nəql zamanı itkilər – qazın uzaq məsafələrə ötürülməsi zamanı olan itkilər



Yüklə 3,21 Mb.
səhifə114/178
tarix07.01.2022
ölçüsü3,21 Mb.
#83714
1   ...   110   111   112   113   114   115   116   117   ...   178

-nəql zamanı itkilər – qazın uzaq məsafələrə ötürülməsi zamanı olan itkilər;

-paylanma zamanı itkilər – qazın yerli paylanma şəbəkələri ilə təchizatı prosesində olan itkilər.


Belə itkilərə ölçmə zamanı buraxılan xətaların nəticəsi olan itkilər də daxil ola bilər (ölçü alətlərinin xətaları və ya ölçmə zamanı temperatur və təzyiqin fərqi). Bundan başqa, boru kəmərlərində böyük və ya kiçik sızmalar da ola bilər.

Bütün itkilər hasilat yerlərindən istehlak yerlərinə qədər təbii qazın nəqli və paylanması zamanı olan itkilər kimi təsnifləşdirilə bilər. Arayış üçün qeyd etmək lazımdır ki, bu itkilər dünya qaz tədarükünün 1%-dən az hissəsini təşkil edir.

“Paylanma zamanı itkilər” kateqoriyasına qazın nəqli və paylanması prosesində olan bütün itkiləri (boru kəmərlərindən sızmalar daxil olmaqla) daxil etmək lazımdır. Qazın vurulması (ötürülməsi) üçün boru kəmərlərinin kompressorlarının istifadə etdiyi qaz “Nəqliyyat sektorunda” istehlakın bir hissəsi kimi göstərilməlidir.

Son istehlak


Nəqliyyat, sənaye və digər sektorlarda olan son istehlakçılara çatdırılmış bütün enerji son istehlaka daxildir. Enerji istehsalı sahələrində çevrilmə və (və ya) özəl ehtiyaclar üçün istifadə olunan qaz bura daxil deyil.

Təbii qaz nəqliyyat sektorunda sıxılmış və ya mayeləşdirilmiş halda istifadə olunur. Sıxılmış qaz – yüksək təzyiqli balonlarda saxlanılan və xüsusi nəqliyyat vasitələrində istifadə üçün nəzərdə tutulmuş təbii qazdır. Onu, əsasən, aztutumlu sərnişin nəqliyyatı vasitələrində, yüngül yük maşınlarında, orta yükgötürmə qabiliyyətli yük maşınlarında, şəhər və məktəb avtobuslarında istifadə edirlər. Mayeləşdirilmiş qaz isə ağır nəqliyyat vasitələrində-şəhərlərarası avtobuslarda, qatar lokomotivlərində və magistral avtomobil daşımaları üçün yəhər dartıcılarında istifadə olunur. Mayeləşdirilmiş qazın ən aşağı temperaturda saxlanması üzrə tələblər və onun uçma (buxarlanma) qabiliyyəti, bu qazın nəqliyyat vasitələrində istifadəsini məhdudlaşdırır.

Son istehlakın sektor və sahələrində təbii qazın istifadəsi haqqında məlumatlar ayrı-ayrılıqda enerji və qeyri-enerji (xammal kimi) göstəriciləri üzrə yığılır. Təbii qazı xammal kimi istifadə edən ən vacib istehlakçılar kimya neft-kimya sənayesidir.

Təbii qazın tərkibində olan metan kimya sənayesinin bəzi texnoloji prosesləri üçün karbon və hidrogen mənbəyidir. O kənd təsərrüfatı gübrələri istehsalı üçün (ammonyakın alınması üçün) istifadə edilir. Eyni zamanda metanolun və hisin istehsalında da metan qazı istifadə olunur.

Buxar krekinqi, ammonyakın və metanolun istehsalı və s. neft-kimya proseslərində metanın yanacaq kimi istifadəsi enerji məqsədləri üçün istifadə kimi sayılır. Lakin, əgər krekinq və riforminq kimi proseslərdə etilenin, propilenin, butilenin, ətirli karbohidrogenlərin, butadiyenin və karbohidrogen əsaslı digər qeyri-enerji xammal məhsullarının alınması üçün metan xammal kimi istifadə olunarsa, onda bu qeyri-enerji istifadəsi kimi sayılır.

Qeyd etmək lazımdır ki, təbii qaz enerjinin son istehlakının dünya üzrə 16%-ni təşkil edir. Təbii qazın enerji və qeyri-enerji istifadəsinə düşən payı ölkələrdə neft-kimya sənayesinin inkişaf səviyyəsindən asılı olaraq dəyişir.

Neft-kimya sənayesi qazla təchiz olunanda, yanacaq kimi istifadə olunan təbii qazın miqdarını təyin etmək çətin olur. Neft-kimya sənayesinə qaz tədarük edən bütün təchizatçılar bu qazı xammal şəklində istifadə edilən kimi təsnifləşdirə bilərlər. Bu halda ən yaxşı üsul bu sahədən alınmış hesabatların sadələşdirilməsi və sənaye sektorunun kimya və neft-kimya sahələrindən daha dəqiq məlumatların alınması ola bilər.


Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin