1. Ayrı-ayrı enerji məhsullarının (əmtəələrin) balanslarının tərtibinə dair Müqəddimə



Yüklə 3,21 Mb.
səhifə116/178
tarix07.01.2022
ölçüsü3,21 Mb.
#83714
1   ...   112   113   114   115   116   117   118   119   ...   178
3.1.Neft

Neft haqqında məlumat
Neft maye karbohidrogenlərin mürəkkəb qarışığıdır. Neft – petroleum sözü petra qaya və oleum – yağ latın sözlərindən əmələ gəlmişdir və çox vaxtlar “oil” sözü ilə əvəz olunur. “Neft” anlayışı çox genişdir, həm ilkin (təmizlənməmiş), həm də törəmə (təmizlənmiş) məhsulları əhatə edir.
Xam neft neft məhsullarının alındığı vacib substansiyadır (maddədir). Xam neftdən çox miqdarda müxtəlif neft məhsulları istehsal olunur. Onlardan çoxu konkret məqsədlər üçün nəzərdə tutulmuşdur (avtomobil benzini, sürtgü materialları, istiliyin alınması üçün qazoyl, yanacaq mazutu və s.). Neft məhsullarından əlavə neft emalı müəssisələrində və ya digər müəssisələrdə növbəti emala məruz qalan bir sıra yarımfabrikatlar alınır.

Dünya bazarında (ticarətində) həm xam neft, həm də xam neftin emalından alınan məhsullar daha çox tələb olunur, buna görə, neft və neft məhsullarının hərəkəti (axınları) haqqında məlumatların daha geniş (tam), dəqiq olması və vaxtında yığılması çox vacibdir.

“Neft” üzrə sorğular neft emalı zavodlarında emal olunan neft və ondan istehsal olunan neft məhsulları haqqında məlumat toplamaq üçün aparılır. Bura neft məhsullarının bütün təchizatı (təklifi) mənbələri, o cümlədən, onların istiliktörətmə qabiliyyətləri daxil edilir.

Neft emalı zavodlarının xammalı yalnız xam neftlə məhdudlaşmır. Xammal kimi digər ilkin və törəmə neft məhsulları - mayeləşdirilmiş təbii qaz, neft-zavod xammalı, aşqarlar və oksigenatlar və digər karbohidrogenlər, bitumlu şistlərdən olan xam neft və ya bitumlu qum-daşlardan olan sintetik neft istifadə olunur.

Yüngül neft məhsullarından başlayaraq (mayeləşdirilmiş neft qazı və avtomobil benzini və s.) ağır neft məhsullarına qədər (məsələn, yanacaq mazutu və s.) bütün neft məhsulları xam neftdən alınır.
İlkin və törəmə neft məhsulları



Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin