1. Ayrı-ayrı enerji məhsullarının (əmtəələrin) balanslarının tərtibinə dair Müqəddimə


Çevrilmə sektorunda neft məhsullarının istehlakı



Yüklə 3,21 Mb.
səhifə129/178
tarix07.01.2022
ölçüsü3,21 Mb.
#83714
1   ...   125   126   127   128   129   130   131   132   ...   178
Çevrilmə sektorunda neft məhsullarının istehlakı

Neftin digər enerji növlərinə çevrilməsi prosesində istifadə olunan neftin miqdarını çevrilmə sektorunda (transformasiya) göstərmək lazımdır. Bu sektorun böyük hissəsi elektrik enerjisi və istiliyin istehsalı üçün yandırılan neft məhsullarından ibarətdir, lakin digər enerji növlərinə çevrilən neft məhsullarının bütün növlərini də əhatə edir (koks və domna sobalarında istifadə olunan neft məhsulları, qazlaşdırma qurğularında qazın istehsalı üçün istifadə olunan neft məhsulları və ya daş-kömür briketlərinin istehsalı üçün bağlayıcı (əlaqələndirici, birləşdirici) materiallar).



Elektrik və istilik enerjisinin istehsalı. Elektrik enerjisi və istiliyin istehsalı üzrə müəssisələr əsas kommersiya təyinatına (ümumi istifadə üçün və ya özəl ehtiyaclar üçün enerji istehsal edən) və istehsal etdikləri enerjinin növünə (elektrik, istilik və ya hər iki növ) müvafiq olaraq bölünür.

Çevrilmə sektoruna yalnız elektrik enerjisi istehsal edən enerji müəssisələrinə tədarük olunan neft məhsullarının tam miqdarları daxil edilməlidir. İstilik-elektrik stansiyalarında istifadə olunan yanacağın həcminə yalnız elektrik enerjisinin və satış üçün istiliyin istehsalında istifadə olunan yanacaq daxil olmalıdır. Özəl ehtiyaclar üçün istilik istehsal edən müəssisələr tərəfindən istehlak olunan yanacağın miqdarı iqtisadi fəaliyyətin müvafiq sektorunda son istehlak üzrə məlumatlarda əks olunur. Daha ətraflı məlumat “Elektrik enerjisi və istilik” fəslində (2-ci fəsil) verilmişdir.

Domna sobaları. Burada yalnız domna sobasının içinə daxil edilən neft məhsullarını göstərmək lazımdır. Qara metalurgiya müəssisələrinin digər meydançalarında və ya domna sobaları üçün havanın qızdırılmasında neft məhsullarının istifadəsi son istehlak və ya enerji sektorlarında istifadə kimi əks olunmalıdır.

Neft-kimya sənayesi. İlkin xammalın tədarükünün neft-kimya müəssisələrindən neft emalı müəssisələrinə “qaytarılan axınlara” çevrilməsi yanacağın çevrilmə prosesidir. Buna görə də, bu prosesə olan tədarüklər çevrilmə sektorunda göstərilməlidir.

İstifadə olunmuş yanacaq üzrə yekun məlumatların düzgün olması üçün kimya və neft-kimya sənayesində olan son istehlak həcmlərindən çevrilmə sektorunda göstərilən yanacağın miqdarları çıxılmalıdır.

Çevrilmə sektorunda yalnız enerjinin digər növlərinə çevrilən neft və neft məhsullarının həcmlərini göstərmək lazımdır.


Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin