1. Ayrı-ayrı enerji məhsullarının (əmtəələrin) balanslarının tərtibinə dair Müqəddimə



Yüklə 3,21 Mb.
səhifə144/178
tarix07.01.2022
ölçüsü3,21 Mb.
#83714
1   ...   140   141   142   143   144   145   146   147   ...   178
Kömür təchizatı (təklifi)
Bildiyimiz kimi, istehsal, xarici ticarət və ehtiyatların dəyişməsi təklifə daxildir.

İstehsal

İlkin kömürün böyük hissəsi yeraltı şaxtalarda açıq karxanalarda hasil olur. Müəyyən hissəsi isə çıxarma (hasilat) sənayesinin laylarından (tullantılarından), zənginləşdirmə kombinatlarının şlamlı durulducu hovuzlarından və digər mənbələrdən daxil ola bilər.

Buna uyğun olaraq, kömürün ilkin istehsalı üç altkateqoriyaya bölünür: yeraltı şaxtalar (yeraltı hasilat), karxanalar (açıq) və bərpa olunma.

Axırıncı altkateqoriyaya bərpa olunan şlamlar, sadə süxurlar və kömürün növlərinə uyğun olaraq təsnifləşdirilə bilməyən digər aşağı çeşidli kömür məhsulları daxildir. Bu məhsullara əvvəlki (keçən) illərdə istehsal həcminə daxil edilməyən terrikon və laylardan bərpa olunan kömür də daxildir.

Torf məhsullarına yalnız yanacaq şəklində istifadə olunan miqdarlar daxildir. Digər məqsədlər üçün istifadə olunan həcmlər istisna edilməlidir.

Törəmə kömür məhsullarının (həm bərk, həm də qaz halında olan) istehsalı müxtəlif yerüstü obyektlərdə baş verir və ya digər istehsal sahəsindən məhsulların yerdəyişməsinin nəticəsi ola bilər. Buna görə də, törəmə kömür məhsullarını “yerüstü” və “yeraltı” məhsullara bölmürlər. Emal istehsalatları, adətən, ilkin kömür məhsullarının hasil olunma yerlərinin yaxınlığında (daş-kömür briketlərinin, briketləşmiş yanacaqların və zavod qazının istehsalı üzrə qurğular) və ya kömürdən istifadə edən tam metallurgiya dövriyyəsi olan zavodların yaxınlığında (koks qurğuları, domna sobaları və s.) yerləşir.

Hasil edilən (çıxarılan) və istehsal edilən məhsulların miqdarlarını təsirsiz (inersiya) maddələrin kənarlaşdırılması üzrə əməliyyatlardan sonra göstərmək lazımdır. Kömür çıxarma sənayesində bu, bir qayda olaraq, “xalis” və ya “satış üçün hazır” məhsula aiddir. İstehsala istehsal prosesində istehsalçı tərəfindən istehlak olunan miqdar (məsələn, avadanlığın işi və ya qızdırılması üçün və köməkçi (əlavə) məqsədlər üçün), o cümlədən, çevrilmə və ya digər istifadə üçün digər enerji istehsalçılarına tədarük daxildir.

İstehsalı iki maddədə göstərmək lazımdır: “Təklif” maddəsində və “İstehsal”, “Ehtiyatlar”, ”Kömür şaxtalarında məşğulluq və əmək məhsuldarlığı” maddəsində.

İlkin məhsulların (torf istisna olmaqla) yerli istehsalını yeraltı hasilat və açıq üsulla istehsal üçün ayrı-ayrılıqda göstərmək lazımdır. Törəmə kömür məhsullarının və torfun istehsalı üzrə hesabatı yerüstü və yeraltı hasilata bölmək lazım deyil.

“Bərpa olunan tullantılar” (digər mənbələr) ilkin kömür məhsullarının istehsalı üçün şlamların emalına, o cümlədən, törəmə məhsullar üçün digər mənbələrdən istehsala aiddir. Əgər sintez-qazların alınması müəssisənin əsas fəaliyyəti sayılırsa, onlar istehsal kimi göstərilir. Əgər sintez-qazlar digər fəaliyyətin nəticəsində yaxud təbii qazın və ya neftin krekinqi zamanı əmələ gələn qazların qarışdırılması yolu ilə alınırsa, onları digər mənbələrdən olan istehsal kimi göstərmək lazımdır.

Məlumatları yanacaq növünə və istehsal üsuluna uyğun olaraq “Yerli istehsal”, “Yeraltı hasilat”, “Açıq üsulla hasilat” və ya “Bərpa olunan tullantılar” (digər mənbələrdən olan istehsal) maddələrində göstərmək lazımdır.

Məlumatları bütün bərk qazıntı yanacaqları üçün min tonla və bütün sintez-qazlar üçün teracoulla göstərmək lazımdır. Bütün ədədlər tam ədədə qədər yüvarlaqlaşdırılmalıdır; mənfi ədədlər olmalıdır.

Hesabatda istehsal olunan yanacaqların miqdarını kənar maddələrin kənarlaşdırılması üzrə bütün əməliyyatlardan sonra hesablayaraq göstərmək lazımdır.


Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin