1. Ayrı-ayrı enerji məhsullarının (əmtəələrin) balanslarının tərtibinə dair Müqəddimə



Yüklə 3,21 Mb.
səhifə150/178
tarix07.01.2022
ölçüsü3,21 Mb.
#83714
1   ...   146   147   148   149   150   151   152   153   ...   178
Son istehlak

Son istehlaka sənayedə, nəqliyyatda və digər sektorlarda, o cümlədən, qeyri-enerji sektorlarında olan son istehlakçılara tədarük olunan bütün kömür və kömür məhsulları daxildir. Sənayenin enerji sahələrində çevrilmələr və (və ya) özəl ehtiyaclar üçün istifadə olunan bərk qazıntı yanacaqları və sintez-qazlar son istehlakdan çıxarılır.

Kömür və kömür məhsullarının son enerji istehlakı (çevrilmələr sektorunu hesaba almadan) ilk növbədə sənaye sektorunda yerinə yetirilir. Bütün kömür tədarükünün 15%-ə qədəri sənaye sektoruna enerji tədarükü kimi göstərilir.

Sənaye sektorunda kömür istehlakının çox hissəsi sement istehsalına düşür. Burada kömür sobalarda sementin yandırılması üçün enerji mənbəyi kimi istifadə olunur. Kömür kimya və neft-kimya sənayesində, qara metallurgiyada, yeyinti və tütün sənayesində, o cümlədən, kağız-sellüloz sənayesində də istifadə olunur.

Keçmişdə kömürdən nəqliyyatda (gəmilərdə və dəmiryolu lokomotivlərində) çox istifadə olunurdu. Dünya üzrə nəqliyatda istehlak olunan kömürün payı 0,2% təşkil edir.

Digər sektorlarda, əsasən, xidmət və mənzil təsərrüfatı sferasında qızdırılma üçün, o cümlədən, bəzi ölkələrdə qidanın hazırlanması üçün istifadə olunan kömür dünya kömür istehlakının 0,5%-ini təşkil edir.

Bərk qazıntı yanacaqları və sintez-qazlar qeyri-enerji məqsədlər (metanolun və amonyakın istehsalı üçün) üçün də (xammal kimi) istifadə olunur. Kömür neft-kimya sənayesində digər neft-kimya məhsullarının istehsalında xammal kimi istifadə olunur. Kömürdən anodların istehsalında və bəzi kimya proseslərində istifadə olunan karbon alınır. Lakin, qeyri-enerji məqsədlər üçün kömürün və kömür məhsullarının istifadəsi azdır və bütün kömür istehlakının 0,1%-ini təşkil edir.

Enerji məqsədləri üçün istifadə olunan kömür və kömür məhsullarının miqdarını müvafiq sektorda əks etdirmək lazımdır.

Qeyri-enerji xammalı kimi istifadə olunan enerji məhsulları “Qeyri-enerji istifadə” sütununda (qrafasında) əks olunmalıdır. Bu enerji daşıyıcıları yanacaq kimi deyil, xammal kimi istifadə olunur və yanacağın digər növünə çevrilmir.

Müəssisələr tərəfindən yanacağın istehlakı kimi ”Sənaye sektorunda”əks olunan məlumatlara özəl ehtiyaclar üçün istiliyin istehsalı, texnoloji buxarın istehsalı, sobalarda və analoji qurğularda istifadə daxil olmalıdır.

Müəssisələr tərəfindən yanacağın istehlakı kimi verilən məlumatlardan üçüncü tərəflərə satılan elektrik enerjisi və istiliyin istehsalı üçün istifadə olunan miqdarlar, o cümlədən, qeyri-enerji məqsədlər üçün istifadə olunan kömür və kömür məhsulları çıxarılır. Bu miqdarları çevrilmələr və qeyri-enerji sektorlarında müvafiq olaraq əks etdirmək lazımdır. Qara metallurgiyada bilavasitə domna sobalarında istifadə olunan yanacağı çevrilmə sektorunda əks etdirmək lazımdır.

Enerjinin son istehlakı, qeyri-enerji istifadə və xammal kimi istifadə haqqında məlumatlar bərk qazıntı yanacaqları üçün min tonla, sintez-qazlar üçün teracoulla göstərilməlidir. Bütün ədədlər tam ədədə qədər yuvarlaqlaşdırılmalıdır, mənfi ədədlər olmamalıdır.

Kömür və kömür məhsulları enerji və qeyri-enerji məqsədlər üçün istifadə oluna bilər. İstifadənin hər iki növünü müvafiq sektor və altsektorlarda əks etdirmək lazımdır.


Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin