1. Ayrı-ayrı enerji məhsullarının (əmtəələrin) balanslarının tərtibinə dair Müqəddimə



Yüklə 3,21 Mb.
səhifə153/178
tarix07.01.2022
ölçüsü3,21 Mb.
#83714
1   ...   149   150   151   152   153   154   155   156   ...   178
İstehsal. Hasil və ya istehsal olunmuş yanacağın miqdarı haqqında məlumatları təsirsiz maddələrin kənarlaşdırılması üzrə əməliyyatlardan sonra hesablamaqla əks etdirmək lazımdır. Kömür hasilatı sənayesində belə məhsul, adətən, “xalis” və ya “satışa hazır” adlandırılır.

İstehsal prosesində istehsalçı tərəfindən istehlak olunmuş miqdar hasilata daxildir. İstehsalı ayrı-ayrılıqda yeraltı və yerüstü hasilat üçün göstərmək lazımdır:



  • Kömürün hər kateqoriyası üzrə (daş kömür və boz kömür) yeraltı hasilat tərkib göstəricilərinin cəminə bərabər olmalıdır. Məsələn, “Onlardan yeraltı” sütununda (qrafasında) göstərilən “Kokslaşan kömür” və “Bütümlaşmış kömürün digər növləri və antrasit” kateqoriyaları üzrə məlumatların cəmi “Daş kömürün yeraltı hasilatı” sütununda (qrafasında) göstərilən qiymətə (məlumata) bərabər olmalıdır.

  • Analoji olaraq, hər kömür kateqoriyası üzrə (daş kömür və boz kömür) açıq üsulla hasilat tərkib göstəricilərinin cəminə bərabər olmalıdır. Məsələn, “Onlardan açıq üsulla” sütununda (qrafasında) göstərilən “Yarıbitumlaşmış kömür” və “Liqnit/boz kömür” kateqoriyaları üzrə məlumatların cəmi “Boz kömürün aşıq üsulla hasilatı” sütununda (qrafasında) göstərilən qiymətə (məlumata) bərabər olmalıdır.

Hər kömür kateqoriyası üzrə (daş kömür və boz kömür) bərpa olunmuş kömür şlamının (digər mənbələr) miqdarı müvafiq tərkib göstəricilərinin cəminə bərabər olmalıdır. Məsələn, “Bərpa olunmuş şlam (digər mənbələr)” bölməsində göstərilən “Kokslaşan kömür” və “Bitumlaşmış kömürün digər növləri və antrasit” kateqoriyaları üzrə cəm “Bərpa olunmuş şlam (digər mənbələr)” bölməsində göstərilən “Daş kömür” sütunundakı (qrafasındakı) miqdara bərabər olmalıdır.

Şaxta. “Şaxta” kateqoriyasına daxil olan fəaliyyət növləri şaxtalarda istehlakın, məşğulluğun və məhsuldarlığın hesablanması üçün istifadə olunur və kömürün hasilatı, üzə (səthə) çıxarılması (qaldırılması), hasilat yerlərindən üçüncü şəxslərə göndərilmək üçün hazırlanması, yükləməsi və daşınması ilə bağlı bütün əməliyyatları birləşdirir. Bura şaxtada əmək şəraitinin təşkili, iş yerində texnoloji avadanlığın texniki xidməti və təmiri üçün vacib olan, o cümlədən şaxta işlərində əmələ gələn tullantıların kənarlaşdırılması ilə bağlı fəaliyyət daxildir.

Koks sobaları, daş kömür briketlərin istehsalı üzrə qurğular, briket zavodları, o cümlədən, xarici istehlakçılara satış üçün elektrik enerjisi tədarük edən enerji qurğuları kimi köməkçi istehsalatlar bu fəaliyyətə daxil edilmir. Lakin, şaxtalar üçün elektrik enerjisi tədarük edən enerji qurğuları, o cümlədən, şaxtanın ərazisində yerləşən emalatxanalar, mal anbarları və şaxta həyətləri bura daxildir. Kömür hazırlığı üzrə bütün müəssisələr, kömür daşıyan, o cümlədən, şaxta tullantılarını daşıyan və kənarlaşdıran, mərkəzləşdirilmiş kömür zavodlarına kömürü çatdıran yerüstü nəqliyyat vasitələri (rels, qeyri-rels, konvererlər, asılan kanat yolları və s.) şaxtaların alt bölmələri sayılır. Kömürü hazırlıqdan sonra daşıyan yerüstü nəqliyyat (məsələn, kömürü mərkəzləşdirilmiş anbarlara daşıyan) şaxtaların alt bölmələrinə aid deyil.



Kömür şaxtasının ərazisində yerləşən yeməkxanalar, mağazalar və universamlar kimi sosial infrastruktur obyektləri, şaxta mənzillərinin saxlanması, istirahət və idman üçün təşkilatlar, o cümlədən, tibb müəssisələri şaxtanın tərkibinə daxil deyil.


Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin