1. Ayrı-ayrı enerji məhsullarının (əmtəələrin) balanslarının tərtibinə dair Müqəddimə


Qurğuların texniki xarakteristikaları



Yüklə 3,21 Mb.
səhifə176/178
tarix07.01.2022
ölçüsü3,21 Mb.
#83714
1   ...   170   171   172   173   174   175   176   177   178
Qurğuların texniki xarakteristikaları (generatorun gücü, günəş kollektorlarının səthlərinin sahəsi, maye bioyanacaqların istehsalı üzrə zavorların gücü, maye bioyanacaqların və ağac kömürünün aşağı istiliktörətmə qabiliyyətinin orta qiymətləri) göstərilir. Hidroakkumulyasiya elektrostansiyalarının güclərini “Bütün su elektrik stansiyaları” bölməsinin ümumi cəminə daxil etmək lazımdır. Su elektrik stansiyaları üzrə məlumatlar göstərilən zaman hidroakkumulyasiya stansiyalarını ayrı göstərmək lazımdır. Su elektrik stansiyaları ölçülərinə görə üç kateqoriyaya bölünür. Stansiyanın ölçüsü onun məhsuldarlığı ilə müəyyən edilir. Ölçülərinə görə su elektrik stansiyaları üzrə məlumatlar hidroakkumulyasiya stansiyalarının gücü ilə cəmlənərək “Bütün su elektrik stansiyaları” sütununda (qrafasında) göstərilən ədədə bərabər olmalıdır.

Bərpa olunan enerji mənbələri və tullantılarla işləyən elektrik stansiyalarının gücü haqqında “Bərpa olunan enerji mənbələri və tullantlılar” sorğusunda göstərilən məlumatlar illik “Elektrik enerjisi və istilik” sorğusunda göstərilən gücə bərabər olmalıdır. Elektrik stansiyalarının gücü haqqında statistik məlumatların istifadəsi zamanı bu sorğunun doldurulmasına məsuliyyət daşıyan personalla əlaqə saxlayıb, məlumatları uzlaşdırmaq lazımdır.

Maye bioyanacaqların və ağac kömürünün istiliktörətmə qabiliyyətləri materialların növündən və bu məhsulların alınması üçün istifadə olunan proseslərdən asılıdır. Bu statistik məlumatların müəyyən edilməsi üçün məlumatları təqdim edən şəxslə və ya göstərilən enerji sektorları üzrə ekspertlə məsləhətləşmək lazımdır.

“Bərpa olunan enerji mənbələri və tullantılar” illik sorğusu hazırlanmamışdan əvvəl bərpa olunan enerji mənbələri və tullantılar haqqında bəzi statistik məlumatlar illik “Kömür” sorğusunda yığılırdı. Oduncaq, ağac tullantıları və digər bərk tullantılar haqqında məlumatlar “Kömür” sorğusunda daha ətraflı detallaşdırılırdı. Əvvəllər istifadə olunan dinamik sıraların davam etdirilməsi üçün üzv-ölkələrə imkan yaratmaq məqsədilə sorğuya bu məhsullar üzrə daha ətraflı statistik məlumatların yığılması daxil edilmişdir.

Ağac yanacağına yalnız odun daxildir. Qeyri-enerji məqsədlər üçün istehsal olunan oduncaq hesabata daxil edilmir. “Digər bitki materiallarına” enerji məqsədləri üçün yetişdirilən kənd təsərrüfatı bitkiləri, dənli bitkilərin qalıqları və üzüm cecəsi kimi kənd təsərrüfatı tullantıları, o cümlədən, bərk heyvandarlıq tullantıları və peyin daxildir. Ağac tullantılarına taxta kəpəyi və ağac qabığı kimi materiallar daxildir. Qara qələvi məhlulu kağız istehsalı prosesində əmələ gələn mayedir və tərkibində liqnin, sellüloz və kimyəvi preparatlar var. Bu məhlul kimyəvi preparatların çıxarılması və enerjinin alınması üçün yandırılır.

Texniki xarakteristikaları elektrik generasiya gücü üçün meqavattla (MVt), günəş kollektorları üçün min kvadrat metrlə (1000 m2), maye bioyanacaqların istehsalı üzrə zavodlar üçün ildə tonla (t/il) və aşağı istiliktörətmə qabiliyyətinin orta qiymətləri üçün kiloqrama düşən kilocoulla (kC/kq) göstərmək lazımdır. Oduncaq, ağac tullantıları və digər bərk tullantıların istehsalını aşağı istiliktörətmə qabiliyyətinə görə teracoulla (TC) göstərmək lazımdır. Bütün ədədlər tam ədədə qədər yuvarlaqlaşdırılmalıdır, mənfi ədədlər olmamalıdır.



Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   170   171   172   173   174   175   176   177   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin