6-сı sətir “Ümumi daxili istehlak” enerji məhsulları ilə bütün təchiz olunma mənbələrinin, yəni, balansın 2-ci, 3-cü və 5-ci sətirlərinin məlumatlarının toplanmasından alınır.
7-ci sətir “Transformasiya sektorunun məsrəfləri”. Bu sətirin 7.3-cü altsətirində domna sobaları istisna olmaqla qalan altsətirlər doldurulmur.
8-ci sətir “Transformasiya sektorunun buraxılışı”. Avtomobil benzini yalnız neft emalı zavodlarında istehsal olunduğuna görə 8.5-cı altsətirdə göstərilir.
9-cu sətir “Enerji məhsullarının məhsullararası yerdəyişmələri, qayıtmalar”. Məhsullararası yerdəyişmə - enerji məhsullarının keyfiyyətinin (xüsusiyyətlərinin) dəyişməsi ilə bağlı, onların yenidən təsnifləşdirilməsidir. Misal üçün, 95 oktan rəqəmli avtomobil benzini 92 oktan rəqəmli avtomobil benzininə yenidən təsnifləşdirilə bilər. Yerdəyişməyə məruz qalmış məhsulun həcmi balansda “çıxdığı” məhsul sütununda mənfi kəmiyyət kimi, “daxil olduğu” məhsul sütununda isə müsbət kəmiyyət kimi qeyd edilir.
Neft-kimya sənayesində prosesləri keçdikdən sonra neft emalı zavodlarına təmizlənmə və emal üçün qayıdan avtomobil benzini 9.3-cü “neft-kimya sənayesindən qayıtmışdır” sətrində qeyd edilir.
Dostları ilə paylaş: |