7-ci sətir “Transformasiya sektorunun məsrəfləri”. Bu sətir boş saxlanılır.
8-ci sətir “Transformasiya sektorunun buraxılışı”. Reaktiv mühərriklər üçün ağ neft yalnız neft emalı zavodlarında istehsal olunduğuna görə 8.5-ci altsətirdə göstərilir.
9-cu sətir “Enerji məhsullarının məhsullararası yerdəyişmələri, qayıtmalar”. Məhsullararası yerdəyişmə - enerji məhsullarının keyfiyyətinin (xüsusiyyətlərinin) dəyişməsi ilə bağlı, onların yenidən təsnifləşdirilməsidir. Yerdəyişməyə məruz qalmış məhsulun həcmi balansda “çıxdığı” məhsul sütununda mənfi kəmiyyət kimi, “daxil olduğu” məhsul sütununda isə müsbət kəmiyyət kimi qeyd edilir.
Neft-kimya sənayesində prosesləri keçdikdən sonra neft emalı zavodlarına təmizlənmə və emal üçün qayıdan ağ neft balansın 9.3-cü (Neft-kimya sənayesindən enerji məhsulu qayıtmışdır) sətrində qeyd edilir.
Dostları ilə paylaş: |