13-cü sətir “Qeyri-enerji məqsədli son istehlak”. Reaktiv mühərriklər üçün ağ neftdən cüzi şəkildə kimya sənayesində (13.1-ci altsətir) istifadə oluna bilər. Qalan altsətirlər isə boş saxlanılır.
14-cü sətir “Enerji məqsədli son istehlak” Reaktiv mühərriklər üçün ağ neftdən yalnız hava nəqliyyatında (sətir 14.23) istifadə olunur. Yanacaq beynəlxalq mülki aviasiya (sətir 14.231) və ölkədaxili aviadaşımalar (14.232) üzrə ayrı-ayrılıqda göstərilir. Hərbi aviasiyanın yanacaq sərfiyyatı ölkədaxili aviadaşımalara daxil edilir. Növbəti enmə məntəqəsi xarici hava limanı olan bu və ya digər uçuş beynəlxalq uçuş hesab edilir. Qalan bütün uçuşlar daxilidir.