15-ci sətir “Statisik fərq”. Son istehlak üçün yararlı məhsulun (12-ci sətir) miqdarından onun qeyri-enerji (sət.13) və enerji (sət.14) məqsədli son istehlakının cəmi çıxıldıqdan sonra yaranan fərqdir. Statistik fərqin qiyməti mənfi işarə ilə də ola bilər. “Statistik fərq” sətrinin məlumatları balans məlumatlarının keyfiyyətini qiymətləndirməyə imkan verən əsas meyardır. Belə ki, enerji daşıyıcıları arasında reaktiv mühərriklər üçün ağ neft böyük paya malik olduğundan statistik fərqin 1%-dək olmasına yol verilir.