10-cu sətir “Energetika sektorunun daxili istehlakı”. Balansın bu sətrində neft və qaz emalı zavodlarının (10.2-ci altsətir) öz fəaliyyətlərini təmin etmək üçün istehlak etdikləri dizel yanacağının miqdarını və ya xüsusi sərfiyyatını göstərir. İstehlak olunmuş belə enerji məhsulları digər enerji məhsullarına çevrilmədən uçotdan silinir.
11-ci sətir “Bölüşdürmə zamanı itkilər və digər itkilər”.Bu sətir boş saxlanılır.
12-ci sətir “Son istehlak üçün yararlıdır”. Bu sətrin məlumatları 13-14-cü sətirlərin məlumatlarının toplanması ilə alınır.