1. Ayrı-ayrı enerji məhsullarının (əmtəələrin) balanslarının tərtibinə dair Müqəddimə


-cü sətir “Qeyri-enerji məqsədli son istehlak”



Yüklə 3,21 Mb.
səhifə37/178
tarix07.01.2022
ölçüsü3,21 Mb.
#83714
1   ...   33   34   35   36   37   38   39   40   ...   178
13-cü sətir “Qeyri-enerji məqsədli son istehlak”. Nəqliyyatda, kimya və eləcə də sənayenin digər sahələrində dizel yanacağından xammal kimi istifadə olunması mümkündür.

14-cü sətir “Enerji məqsədli son istehlak” altı iri qrupun – sənaye; nəqliyyat; kənd və meşə təsərrüfatı, balıqçılıq; ticarət, mehmanxana və restoranlar; iqtisadiyyatın digər sahələri və ev təsərrüfatları üzrə enerjinin son istehlakı haqqındakı məlumatlarından formalaşdırılır.



Sənaye: 14.01–14.11-ci altsətirlərdə sənayenin sahələri üzrə enerji məqsədli ilə istehlak olunmuş dizel yanacağının miqdarı göstərilir.

Nəqliyyatın Avtomobil nəqliyyatı (sətir 14.22) üzrə ümumi istifadədə olan yollarda hərəkət zamanı nəqliyyat vasitələrinin bütün növləri tərəfindən istehlak edilmiş dizel yanacağının miqdarı göstərilir. Sətir 14.24 –də boru kəməri nəqliyyatının fəaliyyətinin təmin edilməsində kompressor və (və ya) nasos stansiyalarının istehlak etdiyi dizel yanacağının miqdarı göstərilir. Dizel yanacağından hava nəqliyyatında istifadə olunmadığı üçün 14.23 altsətir doldurulmur.

14.25-ci “Nəqliyyatın digər növləri” sətrində köməkçi və əlavə nəqliyyat fəaliyyətinin – avtobus, dəmiryolu və yükləmə stansiyaları; işarəvermə və rabitə distansiyaları; dəniz limanları və terminalları; liman və pirs; bunkerlər, soyuducu anbarlar, avtomobil yollarının fəaliyyəti; körpülər, tunellər, avtomobil dayanacaqları və ya qarajlardan istifadə edilməsi və s. kimi fəaliyyətin həyata keçirilməsi üçün sərf olunmuş dizel yanacağının miqdarı göstərilir. Daxili gəmiçilik, yəni, Xəzər dənizində kabotaj əlaqə üzrə yerinə yetirilən reyslərdə gəmilərdə (balıqçılıq gəmiləri istisna olmaqla) istifadə edilmiş dizel yanacağın miqdarı da bu sətirdə əks etdirilir.

Kənd və meşə təsərrüfatı, balıqçılıq (sətir 14.3) sahələrində (balıqyetişdirmə, açıq dənizdə balıq ovu daxil olmaqla) istifadə olunmuş dizel yanacağının miqdarı bu sətirdə əks etdirilir.

Ticarət, mehmanxana və restoranların öz fəaliyyətinin təmin edilməsi zamanı istehlak etdiyi dizel yanacağının miqdarı 14.4-cü sətirdə göstərilir.

İqtisadiyyatın digər sahələri üzrə yuxarıda adları sadalanmayan rabitə, səhiyyə, təhsil, bank və sığorta sektorunda, habelə dövlət idarəetmə orqanları və s. sahələrdə müəssisələrin əsas fəaliyyətinin təmin edilməsi üçün istifadə edilmiş dizel yanacağının miqdarı 14.5-ci sətirdə əks etdirilir.

Ev təsərrüfarlarında məişət məqsədləri üçün istifadə edilmiş dizel yanacağının miqdarı balansın 14.6-cı sətrində göstərilir.


Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin