6-сı sətir “Ümumi daxili istehlak” Mazutla bütün təchiz olunma mənbələrinin, yəni balansın 2-5-ci sətirlərinin məlumatlarının toplanmasından alınır.
7-ci sətir “Transformasiya sektorunun məsrəfləri”. Bu sətirdə, habelə 7.1-7.3-cü və 7.6-cı altsətirlərdə satış məqsədilə istilik və elektrik enerjisinin istehsalı üçün yandırılmış və təkrar enerji məhsullarının istehsalına sərf edilmiş yanacağın miqdarı göstərilir.
8-ci sətir “Transformasiya sektorunun buraxılışı”. Mazut neft emalı zavodlarında istehsal olunduğuna görə bu sətrin yalnız 8.5-cı altsətrində əks etdirilir.