9-cu sətir “Enerji məhsullarının məhsullararası yerdəyişmələri, qayıtmalar”. Məhsullararası yerdəyişmə - enerji məhsullarının keyfiyyətinin (xüsusiyyətlərinin) dəyişməsi ilə bağlı, onların yenidən təsnifləşdirilməsidir. Yerdəyişməyə məruz qalmış məhsulun həcmi balansda “çıxdığı” məhsul sütununda mənfi kəmiyyət kimi, “daxil olduğu” məhsul sütununda isə müsbət kəmiyyət kimi qeyd edilir.
Neft-kimya sənayesindən qayıtmalar - Neft-kimya sənayesində prosesləri keçdikdən sonra neft emalı zavodlarına təmizlənmə və emal üçün qayıdan ağ neftin sair növlərinə aid olan məhsullardan ibarətdir. Neft emalı zavodları onlara qaytarılan məhsulları yanacaq kimi istifadə edə bilər və ya onları hazır məhsula daxil edə bilərlər. Neft-kimya sənayesindən qayıtmış belə məhsullar üzrə məlumatlar balansın 9.3-cü sətrində qeyd edilir.