13-cü sətir “Qeyri-enerji məqsədli son istehlak”. Qeyri-enerji məqsədləri üçün ağ neftin sair növlərinə aid olan məhsullardan nəqliyyatda (13.3-cü altsətir), kimya sənayesində (13.1-ci altsətir) və sənayenin digər sahələrində (13.2-ci altsətir) istifadə oluna bilər.
14-cü sətir “Enerji məqsədli son istehlak” altı iri qrupun – sənaye; nəqliyyat; kənd və meşə təsərrüfatı, balıqçılıq; ticarət, mehmanxana və restoranlar; iqtisadiyyatın digər sahələri və ev təsərrüfatları üzrə enerjinin son istehlakı haqqındakı məlumatlarından formalaşdırılır.
Dostları ilə paylaş: |