1.2. Əmtəə balanslarının tərtibi qaydası və informasiya mənbələri
Enerji balansının tərtibindən əvvəl balansda göstərilən bütün enerji məhsullarının əmtəə balansları tərtib edilir. Əmtəə balansı enerji balansının strukturuna uyğun olaraq 23 məhsul növünün hər biri üzrə tərtib olunur. Balansın axınlar hissəsi 4 iri – enerji məhsullarının mənbələri (istehsal, idxal və s.) sektoru, transformasiya sektoru, energetika müəssisələrinin daxili istehlakı və itkilər sektoru və son istehlak sektorlarına bölünür.
Ayrı-ayrı enerji daşıyıcılarının istiliktörətmə qabiliyyəti müxtəlif olduğu üçün məhsullar üzrə balansların hazırlanması alqoritmi aşağıdakı sxemdə göstərildiyi kimidir.
İlkin enerjinin hasilatı / istehsalı
İlkin enerji və onun ekvivalentinin idxal və ixracı
İlkin enerji və onun ekvivalentinin qalığının dəyişməsi
İlkin enerjinin emalı
İlkin enerji və onun emalı məhsullarının çevrilməsi
Transformasiya sektorunun daxili ehtiyacları və itkilər
Enerjinin son istehlakı
Ölkənin və ya regionun enerji sisteminin inkişafını xarakterizə edən statistik məlumatlar bazası aşağıdakı göstəricilərdən ibarət olmalıdır:
-əsas sənaye məhsullarının hasilatı (natural və enerji vahidində);
-sənaye məhsullarının istehsalı və göndərilməsi;
-yanacaq, istilik enerjisi, elektrik enerjisinin istifadəsi haqqında məlumatlar;
-törəmə enerji məhsullarının əmələ gəlməsi və istifadəsi haqqında
məlumatlar;
-yanacaq qalıqları, daxil olması və sərfi haqqında məlumatlar;
-alınmış neft məhsullarının toplanması və istifadəsi haqqında hesabat;
-elektrik stansiyalarının işi haqqında məlumat;
-sənaye sahələri üzrə elektrik enerjisinin istehlakı haqqında məlumat;
-məhsul ixracı haqqında məlumat;
-istilik enerjisinin təchizatı haqqında məlumat;
-yanacağın idxalı və ixracı haqqında gömrük statistikası;
-energetika müəssisələrinin hesabat məlumatları;
-müvafiq inzibati orqanların məlumat bazası;
-elmi-tədqiqat institutlarının məlumatları;
-sair monoqrafiyalar, normativ və məlumat bazaları, xüsusi dövri mətbuat materiarları.
Cari metodoloji tövsiyə iki hissədən ibarət tərtib olunmuşdur. Birinci hissədə əmtəə balansında nəzərdə tutulan məhsul növlərinin qısa tərifi, məlumatın hesablanma metodologiyası, göstərici üzrə məlumatların hesabatlarda əhatə olunma səviyyəsi, ikinci hissədə isə balansın strukturuna uyğun axın hissəsi verilmişdir.
Dostları ilə paylaş: |