15-ci sətir “Statisik fərq”. Ağ neftin sair növlərinə aid məhsulların son istehlak üçün yararlı (12-ci sətir) miqdarından onun qeyri-enerji (sət.13) və enerji (sət.14) məqsədli son istehlakının cəmi çıxıldıqdan sonra yaranan fərqdir. Statistik fərqin qiyməti mənfi işarə ilə də ola bilər. “Statistik fərq” sətrinin məlumatları balans məlumatlarının keyfiyyətini qiymətləndirməyə imkan verən əsas meyardır. Belə ki, enerji daşıyıcıları arasında ağ neftin sair növlərinin cüzi paya malik olduğundan statistik fərqin 10%-dək olmasına yol verilir.