9-cu sətir “Enerji məhsullarının məhsullararası yerdəyişmələri, qayıtmalar”. Neft koksu məhsulu üzrə əmtəə balansının bu sətrində neft-kimya sənayesində prosesləri keçdikdən sonra neft emalı zavodlarına təmizlənmə və emal üçün qayıdan neft koksu ola bilər. Neft-kimya sənayesindən qayıtmış belə məhsullar üzrə məlumatlar 9.3-cü altsətrində qeyd edilir. Qalan (9.1-ci və 9.2-ci) altsətirlər isə boş saxlanılır.
10-cu sətir “Energetika sektorunun daxili istehlakı”.Balansın bu sətrində neft və qaz emalı zavodlarının (10.2-ci altsətir) öz fəaliyyətlərini təmin etmək üçün istehlak etdikləri neft koksunun miqdarı göstərilir. İstehlak olunmuş belə enerji məhsulları digər enerji məhsullarına çevrilmədən uçotdan silinir.