10-cu sətir “Energetika sektorunun daxili istehlakı”. Balansın bu sətrində neft və qaz emalı zavodlarının (10.2-ci altsətir) öz fəaliyyətlərini təmin etmək üçün istehlak etdikləri neft bitumunun miqdarı göstərilir. İstehlak olunmuş belə enerji məhsulları digər enerji məhsullarına çevrilmədən uçotdan silinir.
11-ci sətir “Bölüşdürmə zamanı itkilər və digər itkilər”.Neft bitumunun istifadəsi yerinə nəql edilməsi, bölüşdürülməsi zamanı baş vermiş itkilər və digər itkilər bu sətirdə öz əksini tapır.