12-ci sətir “Son istehlak üçün yararlıdır”. Bu sətrin məlumatları 13-14-cü sətirlərin məlumatlarının toplanması ilə alınır.
13-cü sətir “Qeyri-enerji məqsədli son istehlak”.Təbii qaz, elecə də, xammal kimi sənayenin kimya və digər sahələrində istifadə olunduğundan bu sətrin 13.1 və 13.2 altsətirləri doldurulur. 13.3-cü sətir isə (nəqliyyatda təbii qazdan xammal kimi istifadə olunmadığı üçün) boş saxlanılır. Əgər metandan, karbohidrogen əsaslı etilen, propilen, butilen, ətirli karbohidrogenlər, butadien və digər qeyri-enerji xammal məhsullarının alınması üçün istifadə edilmişdirsə, onda bu qeyri-enerji istifadəsi hesab edilir. Lakin, əgər metandan ammiak və metanol istehsalı, buxar krekinqi kimi neft-kimya proseslərində yanacaq kimi istifadə edilirsə, metan enerji məqsədi üçün istifadə olunmuş hesab edilir və bu məlumatlar balansın 14.03 sətrində göstərilir.