1. Ayrı-ayrı enerji məhsullarının (əmtəələrin) balanslarının tərtibinə dair Müqəddimə


-cü sətir “Enerji məqsədli son istehlak”



Yüklə 3,21 Mb.
səhifə68/178
tarix07.01.2022
ölçüsü3,21 Mb.
#83714
1   ...   64   65   66   67   68   69   70   71   ...   178
14-cü sətir “Enerji məqsədli son istehlak” altı iri qrupun – sənaye; nəqliyyat; kənd və meşə təsərrüfatı, balıqçılıq; ticarət, mehmanxana və restoranlar; iqtisadiyyatın digər sahələri və ev təsərrüfatları üzrə enerjinin son istehlakı haqqındakı məlumatlarından formalaşdırılır.

Sənaye sahələri (14.01–14.11-ci sətirlər) İqtisadi Fəaliyyət Növləri Təsnifatına uyğun olaraq göstərilmişdir. Energetika sənayesi transformasiya sektorunda nəzərə alındığı üçün balansın bu hissəsində uçota alınmır.

Nəqliyyat sektorunda təbii qaz sıxılmış və mayeləşdirilmiş halda istifadə olunur. Sıxılmış qazı əsasən aztutumlu sərnişin nəqliyyatı vasitələtində, yüngül yük maşınlarında istifadə edirlər. Mayeləşdirilmiş qaz isə ağır nəqliyyat vasitələrində istifadə olunur. Lakin mayeləşdirilmiş qazın ən aşağı temperaturda saxlanması üzrə tələblər və onun uçma (buxarlanma) qabiliyyəti bu qazın nəqliyyat vasitələrində istifadəsini məhdudlaşdırır. Ona görə də 14.2-ci sətrin 14.24 altsətri (burada boru kəməri nəqliyyatının fəaliyyətinin təmin edilməsində kompressor və (və ya) nasos stansiyalarının qidalandığı elektrik enerjisinin alınmasına sərf olunan təbii qazın miqdarı göstərilir) istisna olmaqla qalan altsətirləri boş saxlanılır.

Kənd və meşə təsərrüfatı, balıqçılıq (sətir 14.3) sahələrində (balıqyetişdirmə, açıq dənizdə balıq ovu daxil olmaqla) istifadə olunmuş təbii qazın miqdarı bu sətirdə əks etdirilir.

Ticarət, mehmanxana və restoranların öz fəaliyyətinin təmin edilməsi zamanı istehlak etdiyi təbii qazın miqdarı 14.4-cü sətirdə göstərilir.

İqtisadiyyatın digər sahələri üzrə yuxarıda adları sadalanmayan, rabitə, səhiyyə, təhsil, bank və sığorta sektorunda, habelə dövlət idarəetmə orqanları və s. sahələrdə müəssisələrin əsas fəaliyyətinin təmin edilməsi üçün istifadə edilən təbii qazın miqdarı 14.5-ci sətirdə əks etdirilir.

Ev təsərrüfarlarında məişət məqsədləri üçün istifadə edilmiş təbii qazın miqdarı balansın 14.6-cı sətrində göstərilir.




Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin