6-сı sətir “Ümumi daxili istehlak”. Bu sətir xam neftin bütün təchiz olunma mənbələrinin, yəni, balansın 1-3 və 5-ci sətirlərinin məlumatlarının toplanmasından formalaşır.
7-ci sətir “Transformasiya sektorunun məsrəfləri”. Xam neftin emal prosesi yalnız neft emalı zavodlarında aparıldığına görə 7.5-ci (Neft emalı zavodları) altsətri doldurulmalı, qalan altsətirlər isə boş saxlanılmalıdır.
8-ci sətir “Transformasiya sektorunun buraxılışı”. Neft tam transformasiya olunaraq dəyişdiyindən (neft emalı məhsulları) bu sətir doldurulmur.
Dostları ilə paylaş: |