9-cu sətir “Enerji məhsullarının məhsullararası yerdəyişmələri, qayıtmalar”. Bu sətrin 9.3-cü altsətrində neft-kimya sənayesində prosesləri keçdikdən sonra neft emalı zavodlarına qayıdan neftin miqdarı göstərilir. Qalan altsətirlər doldurulmur .
10-cu sətir “Energetika sektorunun daxili istehlakı”.Neft-qaz çıxarma müəssisələri (10.1-ci altsətir) tərəfindən istehlak olunmuş xam neftin miqdarı göstərilir. Bu sətirdə göstərilən xam neft digər məhsula çevrilmədən uçotdan silinir.
11-ci sətir “Bölüşdürmə zamanı itkilər və digər itkilər”. Xam neftin istifadəsi yerinə nəql edilməsi, bölüşdürülməsi (neft emalı zavodları və s.) zamanı baş vermiş itkilər və digər itkilər bu sətirdə öz əksini tapır.
Balansın 12, 13, 14, 15-cisətirləri doldurulmur.
Xam neft məhsulu üzrə əmtəə balansının maketi