1. Ayrı-ayrı enerji məhsullarının (əmtəələrin) balanslarının
tərtibinə dair
Müqəddimə
Enerji daşıyıcılarının (məhsullarının və ya ehtiyatlarının) balansları onların yaranma mənbələri və istifadə məqsədlərini özündə əks etdirən iki hissəli balans cədvəlidir. Balansın birinci hissəsi ehtiyatların mövcudluğunu, onların yaranma mənbələrinə dair məlumatları, ikinci hissəsi isə ehtiyatlardan istifadəyə dair məlumatları özündə əks etdirir. Başqa sözlə, enerji balansı məhsulun hasilatından tutmuş onun son istehlakına qədər bütün mərhələlər barədə statistik məlumatlar mənbəyidir.
Balans məlumatları əsasında ölkənin həmin məhsullarla təmin edilməsi səviyyəsi, başqa ölkələrdən asılılıq dərəcəsi təyin edilir, eyni zamanda məhsula tələb və təklifin düzgün müəyyən edilməsində istifadə edilir.
Yanacaq-enerji məhsulları balansına əsasən enerji balansı tərtib edilir. Məhsul balansları ilə enerji balansları arasındakı əsas əlaqə aşağıdakı sxemdə göstərilmişdir.
=
X
Məhsul növləri üzrə enerji vahidinə çevirmə əmsalları
Yenidən neft ekvi- valentinə çevirmə
Enerji məhsul-larının son istehlakı
Məhsul balansları
Sxemdən göründüyü kimi, enerji balansını tərtib etmək üçün, enerji daşıyıcıları fiziki ölçü vahidindən (ton, litr) enerji vahidinə (coul, kalori) cevirmə əmsalları vasitəsi ilə çevrilməlidir. İnkişaf etmiş ölkələrdə yanacaq-enerji məhsullarına dair hesabat kütlə və enerji vahidlərində tərtib edilir.
Neft, qaz və digər məhsulların miqdarı təbii-iqlim şəraitindən (təzyiq, temperatur) asılı olaraq dəyişdiyi üçün beynəlxalq təşkilatlar bu məhsullara dair hesabatı kütlə, enerji və dəyər ifadəsində (məsələn, kub metr, coul, manat) tərtib edilməsini tövsiyə edirlər, çünki məhsulların istiliktörətmə qabiliyyətinin orta kəmiyyətdən mərkəzləşmiş qaydada enerji balanslarının hazırlanması böyük statistik xətalara səbəb olur. Ona görə də statistik vahidlər konkret məhsul növü üçün təbii iqlim şəraitindən asılı olaraq çevirmə əmsallarının köməyi ilə enerji tutumunu (kalori) hesablayaraq, hesabatda əks etdirirlər. Aşağıdakı məhsullar üçün ilkin statistik məlumatların yekunlaşdırılması əsasında neft ekvivalenti ilə enerji balansları tərtib edilir.
Dostları ilə paylaş: |