Elektrik və istilik enerjisi üzrə əlavə məlumatlar
Ətraf mühitin mühafizəsi aktuallığı iqtisadi və sosial sektorlarda istehlak olunan yanacağın həcminin düzgün müəyyən edilməsini zərurətə çevirir. Bu məlumatlar iqtisadiyyatın ayrı-ayrı sektorlarında enerjiyə qənaət və istilikxana qazlarının tullantılarının azaldılması üzrə müvafiq tədbirlərin işlənib hazırlanması üçün lazımdır.
Müəssisələrin daxili ehtiyaclar üçün elektrik və istilik enerjisinin istehsalına çəkdikləri xərclərini iki hissədə göstərmək lazımdır. Bu hissələr satış üçün istilik və elektrik enerjisinin istehsalında daxili ehtiyaclar üçün enerji istehsalçıları tərəfindən istifadə edilmiş yanacaq haqqında məlumatı əks etdirirlər. Enerji qurğuları aşağıdakı üç növə bölünür:
-elektrik stansiyaları (yalnız elektrik enerjisi istehsal edən);
-istilik stansiyaları (yalnız istilik istehsal edən);
-istilik-elektrik stansiyaları.
İstilik və elektrik enerjisinin istehsalında istifadə olunan yanacağın həcmini hesabatda əks etdirmək üçün (istilik-elektrik stansiyasında) hər iki enerji daşıyıcısının istehsalında istifadə olunan yanacağın cəmi miqdarının bölünməsi üsulundan istifadə etmək lazımdır. Bu bölgü, istilik enerjisinin, ümumiyyətlə, satılmadığı halda da lazımdır, çünki elektrik enerjisinin istehsalı üçün istifadə olunan yanacaq çevrilmə sektorunda göstərilməlidir. Yadda saxlamaq lazımdır ki, bu göstərilən cəmi qiymətlər “Çevrilmə sektorundakı” müvafiq cəmlərə bərabər olmalıdır.
Xalis elektrik gücü, maksimal yüklənmə vaxtı enerji təhlükəsizliyi ilə bağlı amillərin (ehtiyat, maksimal yüklənmə müddətində lazım olan güc və s.) uçotu məqsədilə nəzarətdə saxlanılır.
Dostları ilə paylaş: |