Neft-kimya sənayesində olan neft məhsullarının hərəkəti
Ümumi məlumatlar
Neft məhsullarının əsas istifadəsi onların enerji xüsusiyyətləri ilə şərtləndirilir, lakin neftin müəyyən qeyri-enerji istifadəsi (tətbiqi) də var, onlardan ən əhəmiyyətlisi neftin neft-kimya sənayesində istifadəsidir. Neft-kimya məhsulları – neftdən alınan və bir çox kommersiya məhsulları üçün əsas kimyəvi tikinti elementləri kimi istifadə olunan məhsullardır.
Hal-hazırda neft-kimya sənayesi çoxprofilli bir sənayedir. Bu sənaye plastik kütlələrin (plastmass), sintetik lif və kauçukların, gübrə və pestisidlərin, yuyucu vasitələr və əridicilərin istehsalı üçün ilkin xammal tədarük edir. Neft-kimya məhsulları toxuculuq, yeyinti, əczaçılıq, avtomobil, lak və boya materialları sənayesi kimi müxtəlif sənaye sahələrində istifadə olunur. Neft məhsullarının çoxu, əsasən, nafta, mayeləşdirilmiş neft qazı və etan neft-kimya sənayesi üçün xammal kimi istifadə olunur. Bununla belə, neft-kimya sənayesi neft məhsullarının nəinki iri istehlakçısı, həm də istehsalçısıdır, neft-kimya məhsullarının istehsalı üçün lazımı maddələr alındıqdan sonra əlavə məhsullar neft emalı sənayesinə qaytarılır və ya bazara çıxarılır.
Aşağıdakı sxem məhsulların neft emalı və neft-kimya zavodları arasında axınlarını (hərəkətini) göstərir.
Neft-kimya sektorunda təchizat
Neft emalı zavodu
Xammal
Daxili tədarük
-
Etan
-
Nafta
-
Mayeləşdirilmiş neft qazı
-
Qazoyl / dizel yanacağı
-
Digər
Neft-kimya sənayesindən qaytarılmış (məsələn, piroliz benzini)
Neft-kimya zavodu
Qeyri-enerji istifadə
Enerji istifadə
Gübrələr
Plastmas-salar
Sintetik
kauçuklar
və dərilər
Pestisidlər
Təchizatın ümumi həcmi xammal kimi istifadə üçün neft-kimya müəssisələrinə təchiz olunmuş neft məhsullarının cəminə bərabər olmalı,neft-kimya müəssisələrindən neft emalı zavodlarına qaytarılan neft məhsulları təchizatından çıxılmamalıdır. Xammaldan istifadə edən istehsal prosesləri üçün yanacağa olan bütün tələbatları və ya bu tələbatların hissəsini xammal ödəməlidir. Lakin, istehsal prosesləri ilə bağlı olmayan ümumi təyinatlı yanacaq kimi istifadə olunan neft məhsulları təchizata daxil olmamalıdır.
Neft-kimya sektorunda enerji istifadəsinə emal zamanı yanacaq kimi istifadə olunan xam neft məhsullarının miqdarı da daxildir. Xam neft məhsullarının emalı zamanı alınan qazlar yanacaq hesab olunur. Yanacağın istifadəsi haqqında məlumatlar neft-kimya müəssisələrindən daxil olmalıdır (əgər neft emalı və neft-kimya müəssisələri bir ərazidə yerləşirsə, neft-kimya müəssisələri bu məlumatları neft emalı zavodlarının vasitəsilə təqdim etmək imkanına malik olurlar).
Neft-kimya sektorundan qaytarılmış məhsullar neft-kimya sənayesinin proseslərindən keçmiş və neft emalı zavodlarına qaytarılmış neft məhsullarıdır. Onlar neft emalı zavodlarının neft-kimya müəssisələrinə təchiz etdikləri neft xammalının emalı nəticəsində yaranan əlavə məhsullardır. Neft emalı zavodları qaytarılmış məhsulları yanacaq kimi istifadə edə bilər və yaxud onları hazır məhsula daxil edə bilərlər.
Neft-kimya sənayesinin təchizatının ümumi həcmi neft-kimya məhsullarının istehsalı üçün ilkin xammal kimi istifadə olunan neft məhsullarıdır. Neft emalı zavodlarına növbəti emal və ya istifadə üçün qaytarılan məhsullar qaytarılmış kimi göstərilməlidir.
Dostları ilə paylaş: |