Bərk məişət tullantıları. Bərk məişət tullantıları anlayışı dədiqliklə müəyyən edilməmişdir və ziddiyyətli anlayışdır. Bu ziddiyyət ondan ibarətdir ki, tullantılar ev təsərrüfatlarından, kommersiya təşkilatlarından, tibbi və digər müəssisələrdən yığılır və tərkiblərində bioloji parçalanmaya məruz qalan və qalmayan komponentlər var. Beynəlxalq enerji agentliyinin və Avropa ittifaqının bərpa olunan enerji mənbələrinə aid təlimatlarında bioloji parçalanmayan bərk məişət tullantılar istisna edilir. Lakin, bu təşkilatların üzvü olan bəzi ölkələrdə isə bütün bərk məişət tullantıları bərpa olunan ehtiyatlar (resurslar) sayılır. Nəhayət, tullantılardan istifadə etmə proqramlarının davamlı həyata keçirilməsi, yandırılma məntəqələrində tullantıların çeşidlənməsi (bölüşdürülməsi) və digər texnologiyalar nəticəsində bioloji parçalanmayan bərk kommunal tullantıların azalması gözlənilir. Əgər bərpa olunan və bərpa olunmayan bərk məişət tullantılarını bölmək imkanı yoxdursa, onda onların tam miqdarı bu iki kateqoriya arasında bərabər bölünməlidir.