1. Ayrı-ayrı enerji məhsullarının (əmtəələrin) balanslarının tərtibinə dair Müqəddimə


-ci sətir “Bölüşdürmə zamanı itkilər və digər itkilər”



Yüklə 3,21 Mb.
səhifə18/178
tarix07.01.2022
ölçüsü3,21 Mb.
#83714
1   ...   14   15   16   17   18   19   20   21   ...   178
11-ci sətir “Bölüşdürmə zamanı itkilər və digər itkilər”. Bu sətir boş saxlanılır.

12-ci sətir “Son istehlak üçün yararlıdır”. Bu sətir 13-cü (qeyri-enerji məqsədli son istehlak) və 14-cü (enerji məqsədli son istehlak) sətirlərin məlumatlarının toplanması ilə alınır.

13-cü sətir “Qeyri-enerji məqsədli son istehlak”. Mayeləşdirilmiş neft qazlarından - Nəqliyyat (13.3) istisna olmaqla, kimya (13.1) və sənayenin digər sahələrində (13.2) xammal kimi istifadə oluna bilər.

14-cü sətir “Enerji məqsədli son istehlak”. Sənaye (sətir 14.1). 14.01–14.11-ci altsətirlərdə sənayenin sahələri üzrə enerji məqsədi ilə istehlak olunmuş mayeləşdirilmiş neft qazlarının miqdarı göstərilir.

Nəqliyyat (sətir 14.2). Avtomobil nəqliyyatı (sətir 14.22) üzrə ümumi istifadədə olan nəqliyyat vasitələrinin bütün növləri tərəfindən istehlak edilmiş maye qazın miqdarı göstərilir. Mayeləşdirilmiş neft qazlarından avtomobil nəqliyyatı (14.22) istisna olmaqla, qalan nəqliyyat vasitələrinin heç birində istifadəsinə təsadüf edilməmişdir.

Kənd və meşə təsərrüfatı, balıqçılıq (sətir 14.3) sahələrində (balıqyetişdirmə, açıq dənizdə balıq ovu daxil olmaqla) istifadə olunmuş mayeləşdirilmiş neft qazlarının miqdarı bu sətirdə əks etdirilir.

Ticarət, mehmanxana və restoranların öz fəaliyyətinin təmin edilməsi zamanı istehlak etdiyi mayeləşdirilmiş neft qazının miqdarı 14.4-cü sətirdə göstərilir.

İqtisadiyyatın digər sahələri üzrə yuxarıda adları sadalanmayan rabitə, səhiyyə, təhsil, bank və sığorta sektorunda, habelə dövlət idarəetmə orqanları və s. sahələrdə müəssisələrin əsas fəaliyyətinin təmin edilməsi üçün istifadə edilmiş mayeləşdirilmiş neft qazının miqdarı 14.5-ci sətirdə əks etdirilir.

Ev təsərrüfarlarında məişət məqsədləri üçün istifadə edilmiş maye qazların miqdarı balansın 14.6-cı sətrində göstərilir.


Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin