1. Ayrı-ayrı enerji məhsullarının (əmtəələrin) balanslarının tərtibinə dair Müqəddimə


-cü sətir “Qeyri-enerji məqsədli son istehlak”



Yüklə 3,21 Mb.
səhifə24/178
tarix07.01.2022
ölçüsü3,21 Mb.
#83714
1   ...   20   21   22   23   24   25   26   27   ...   178
13-cü sətir “Qeyri-enerji məqsədli son istehlak”. Nəqliyyatda, kimya və eləcə də sənayenin digər sahələrində bir çox neft məhsullarından (həmçinin avtomobil benzinindən) xammal kimi istifadə olunması mümkündür.

14-cü sətir “Enerji məqsədli son istehlak” altı iri qrupun – sənaye; nəqliyyat; kənd və meşə təsərrüfatı, balıqçılıq; ticarət, mehmanxana və restoranlar; iqtisadiyyatın digər sahələri və ev təsərrüfatları üzrə enerjinin son istehlakı haqqındakı məlumatlarından formalaşdırılır.



Sənaye - (sətir 14.1). 14.01–14.11-ci altsətirlərdə sənayenin sahələri üzrə enerji məqsədli ilə istehlak olunmuş avtomobil benzininin miqdarı göstərilir.

Nəqliyyat - (sətir 14.2) – Avtomobil nəqliyyatı (sətir 14.22) üzrə nəqliyyat vasitələrinin bütün növləri tərəfindən istehlak edilmiş avtomobil benzininin miqdarı göstərilir. Avtomobil yollarından kənarda istifadə olunmuş yanacaq (yükləmə-boşaltma işləri, kənd və meşə təsərrüfatının ehtiyacları üçün daşınmalar və s.) daxil edilmir. Hava nəqliyyatı (14.23) istisna olmaqla, qalan nəqliyyatın bütün növlərində avtomobil benzinindən istifadə oluna bilər.

Kənd və meşə təsərrüfatı, balıqçılıq (sətir 14.3) sahələrində (balıqyetişdirmə, açıq dənizdə balıq ovu daxil olmaqla) istifadə olunmuş avtomobil benzininin miqdarı bu sətirdə əks etdirilir.

Ticarət, mehmanxana və restoranların öz fəaliyyətinin təmin edilməsi zamanı istehlak etdiyi avtomobil benzininin miqdarı 14.4-cü sətirdə göstərilir.

İqtisadiyyatın digər sahələri üzrə yuxarıda adları sadalanmayan, rabitə, səhiyyə, təhsil, bank və sığorta sektorunda, habelə dövlət idarəetmə orqanları və s. sahələrdə müəssisələrin əsas fəaliyyətinin təmin edilməsi üçün istifadə edilmiş avtomobil benzininin miqdarı 14.5-ci sətirdə əks etdirilir.

Ev təsərrüfarlarında məişət məqsədləri üçün istifadə edilmiş avtomobil benzininin miqdarı balansın 14.6-cı sətrində göstərilir.




Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin