15-ci sətir “Statisik fərq”. Dizel yanacağının son istehlak üçün yararlı (12-ci sətir) miqdarından onun qeyri-enerji (sət.13) və enerji (sət.14) məqsədli son istehlakının cəmi çıxıldıqdan sonra yaranan fərqdir. Statistik fərqin qiyməti mənfi işarə ilə də ola bilər. “Statistik fərq” sətrinin məlumatları balans məlumatlarının keyfiyyətini qiymətləndirməyə imkan verən əsas meyardır. Belə ki, enerji daşıyıcıları arasında dizel yanacağı böyük paya malik olduğundan statistik fərqin 1%-dək olmasına yol verilir.