5-ci sətir “Ehtiyatların (qalıqların) dəyişməsi”. Ehtiyatların dəyişməsi hesabat dövrünün əvvəlinə olan ehtiyatlardan hesabat dövrünün sonuna olan ehtiyatları çıxmaqla hesablanır. Hesabat dövrünün sonuna ehtiyatlar artdıqda rəqəm « - » işarəsi ilə yazılır. Enerji məhsullarının ehtiyatları bu məhsulların istehsalçılarında, idxalçılarında, enerji məhsullarının transformasiyası, bölüşdürülməsi, ticarəti ilə məşğul olan müəssisələrdə, son enerji istehlakçılarında (müəssisə və təşkilatlarda və ev təsərrüfatlarında) ola bilər.