1. Ayrı-ayrı enerji məhsullarının (əmtəələrin) balanslarının tərtibinə dair Müqəddimə


-cu sətir “Energetika sektorunun daxili istehlakı”



Yüklə 3,21 Mb.
səhifə66/178
tarix07.01.2022
ölçüsü3,21 Mb.
#83714
1   ...   62   63   64   65   66   67   68   69   ...   178
10-cu sətir “Energetika sektorunun daxili istehlakı”. Balansın bu sətrində neft-qaz çıxarma müəssisələri (10.1-ci altsətir) və neft və qaz emalı zavodlarının (10.2-ci altsətir) öz fəaliyyətlərini təmin etmək üçün istehlak etdikləri təbii qazın miqdarı göstərilir. İstehlak olunmuş belə enerji məhsulları digər enerji məhsullarına çevrilmədən uçotdan silinir. 10.3-cü altsətir (elektrik stansiyaları) boş saxlanılır.

11-ci sətir “Bölüşdürmə zamanı itkilər və digər itkilər”. Təbii qazın qaz şəbəkələri vasitəsi ilə onun istifadəsi yerinə nəql edilməsi və paylanması zamanı baş vermiş itkilər və digər itkilər bu sətirdə öz əksini tapır. Qazın nəqletmə və bölüşdürülmə zamanı itkiləri dedikdə, qazın uzaq məsafəyə nəqli prosesində baş verən itkilər, rayondaxili (şəhərdaxili) bölüşdürücü şəbəkələr vasitəsilə qazın paylanması zamanı baş verən itkilər, habelə qaz emalı zavodlarına daxil olmuş məhsulun tam həcmi ilə ümumi hazır məhsulun istehsalı arasındakı fərq nəzərdə tutulur. Belə itkilər “digər itkilər”ə aid edilir.

Boru kəməri nəqliyyatının fəaliyyətinin təmin edilməsi üçün kompressor və (və ya) nasos stansiyaları tərəfindən istehlak olunmuş qaz itki hesab edilmir.




Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin