Yüksək və aşağı istiliktörətmə qabiliyyəti arasındakı fərq
İstiliktörətmə qabiliyyətinə görə yanacaq növləri iki səviyyədə - yüksək və aşağı olur. Yüksək səviyyə dedikdə yandırılan zaman əmələ gələn bütün istilik başa düşülür. Aşağı səviyyədə isə yandırılma zamanı əmələ gələn suyun latent istiliyi nəzərə alınmır. Yüksək və aşağı kalorililik arasındakı fərq, adətən, yüksək qiymətin bərk və maye yanacaqlar üçün 5%-dən 6%-dək və təbii qaz üçün 10%-ə yaxın həddə olur.
Bəzi yanacaqların tərkibində hidrogen çox az olur və ya heç olmur. Məsələn, domna qazı, yüksək temperaturlu koks və bəzi neft koksları. Bu halda, yüksək və aşağı istiliktörətmə qabiliyyəti arasında fərq çox az olur.
Beləliklə, yanacağın istiliktörətmə qabiliyyəti onun yandırılması zamanı əmələ gələn ümumi istilikdir (yanma zamanı buraxlanan suyun istiliyi çıxılır). Bərk yanacaq istehlakçıları üçün (elektrik stansiyaları) istehsal olunmuş elektrik enerjisinin miqdarını müəyyən etməklə aşağı istiliktörətmə qabiliyyətini müəyyən etmək mümkündür.
Dostları ilə paylaş: |