Xam neftin, təbii qaz kondensatının, neft-zavod xammalının, əlavələrin və digər karbohidrogenlərin təçhizat sxemi
Digər mənbələrdən
İxrac
Birbaşa istehlak
Ehtiyatların yığılması
Yerli hasilat
Neft emalı
zavodu
İdxal
Neft-kimya sənayesindən qaytarılmiş
Ehtiyatların sərfi
Neft-kimya sənayesi
Məhsulların daşınması
Yerli istehsal. Xam neftin istehsal prosesini izah (təsvir) etməmişdən əvvəl, qeyd etmək lazımdır ki, “neft istehsalı” termininin ilkin və ya törəmə məhsullara aid olmasından asılı olaraq, iki mənası var. İlkin məhsullar üçün xam neftin və təbii qaz kondensatının yerli istehsalı onların yer altından (torpaqdan) hasilatı deməkdir. Törəmə məhsullar üçün neft emalı zavodlarının məhsul buraxılışı emal zavodunda və ya xəlitə hazırlayan qurğuda hazır məhsulun istehsalına aiddir.
Yerli istehsalın sadələşdirilmiş sxemi
Səmt qazı
Xam neft
Təbii qaz kondensatı
Əlavələr və oksigenatlar
Digər karbo-hidrogenlər
“Qaz” üzrə illik sorğu
Yerli istehsal
Enerji balansına daxil olmayan digər tədarük (bitümlu qumlar, orimulsin)
Digər sektorlardan (neft emalı sənayesindən olmayan) qarışıq məhsullar
Neftin və səmt qazının hasilatı
Ayırma
Təmizləmə
(saflaşdırma)
Xam neft müxtəlif yataqlardan, müxtəlif növ quyulardan, təbii qazla birlikdə və ya onsuz hasil oluna bilər. Neft quyularından səmt qazı kimi çıxarılan hər hansı bir qaz məşəllərdə yandırıla bilər, atmosferə atıla bilər, yenidən geri - quyuya vurula bilər və ya təbii qaz istehsalının tərkib hissəsi ola bilər.
Xam neftin növləri əhəmiyyətli dərəcədə fərqlənir və onların xarakteristikaları dəyişə bilər. İqtisadi nöqteyi-nəzərdən, neftin ən vacib xarakteristikaları xam neftin qiymətini (dəyərini) təyin edən xüsusi çəki və kükürdlülükdür.
Təklif balansının tam olması üçün neft istehsalı üzrə məlumatlara əlavələr, oksigenatlar və digər karbohidrogenlər haqqında məlumatlar da daxil edilməlidir. Əlavələr və oksigenatlar yanacağın keyfiyyətinin yaxşılaşdırılması üçün istifadə olunur. Məsələn, oksigenatlar avtomobil benzininin tərkibində olan oksigeni artırır.
“Digər karbohidrogenlər” kateqoriyasına emulsiya yağları (məsələn, bitüm emulsiyası) və bitumlu qum daşlarından alınan sintetik xam neft kimi məhsulların istehsalı daxildir. Bu kateqoriyaya neft şistlərindən çıxarılan xam neft, kömürün mayeləşdirilməsi nəticəsində alınan maye fraksiyaları, hidrogen və digər analoji məhsullar da daxildir.
“Neft emalı zavodlarına göndərmə (təchizat)” emal üçün daxil olan neftin (əlavələr, oksigenatlar və digər karbohidrogenlər daxil olmaqla) tam miqdarını əks etdirir. Neft emalı zavodlarının məhsuldarlığı təchizata müvafiq emal olunmuş məhsulların buraxılışı ilə müəyyən edilir. Bu məhsullar “Hazır məhsul təchizatı” bölməsində neft məhsullarının ümumi buraxılışı kimi əks olunur. Təchizat və məhsul buraxılışı arasındakı fərq emal prosesində olan itkilərdir (məsələn, distillə zamanı buxarlanma).
Sorğunun “Yerli istehsal” göstəricisinə yalnız əmtəəlik (satış üçün olan) xam neftin, təbii qaz kondensatının və digər karbohidrogenlərin istehsalı aid edilir. Istehsaldan başqa “Ticarət” və “Ehtiyatlar (qalıqlar) və onların dəyişməsi” kateqoriyalar mövcuddur.
“Digər mənbələrdən” maddəsinə yanacaq balansının digər bölmələrində göstərilən neftin növləri daxildir (məsələn, təbii qazın emalından alınan metanol (benzinin komponenti kimi istifadə olunan), kömürün mayeləşdirilməsi vasitəsilə neftin istehsalı və ya bitumlu şistlərdən alınan (çıxarılan) neft). Əgər ilkin enerji daşıyıcılarının istehsalı digər yanacaq balanslarına daxil edilərsə, onda bu neft məhsullarının təklifi “Digər mənbələrdən” maddəsində göstərilməlidir. Məsələn, kömürün mayeləşdirilməsindən alınan sintetik neft: kömürün istehsalı “Kömür” üzrə sorğuda nəzərə alınır, kömürün mayeləşdirilməsi üzrə zavodlara kömür təklifi isə “Kömür” üzrə sorğunun çevrilmələr sektorunda göstərilir. Eyni zamanda bu proses nəticəsində alınan sintetik neft “Neft” üzrə sorğunun “Digər karbohidrogenlər” kateqoriyasının “Digər mənbələrdən” maddəsində göstərilir.
“Neft-kimya sənayesindən qaytarılmış” bölməsində neft-kimya sənayesinin texnoloji proseslərindən neft emalı zavodlarına qaytarılan neft məhsulları göstərilir. Bunlar neft emalı zavodları tərəfindən neft-kimya müəssisələrinə təchizat olunmuş xam neftın emalından alınan əlavə məhsullardır. Neft emalından (zavodları) qaytarılmış məhsulları yanacaq kimi istifadə edilə bilər və ya hazır məhsula daxil edilə bilər.
“Məhsullararası yerdəyişmələr” bölməsi yenidən təsnifləşdirilmiş və başqa adla göstərilmiş neft məhsullarını təqdim edir. Neft emalı zavodları üçün yarımfabrikatlar xammal kimi idxal olunan zaman yenidən təsnifləşdirmə zərurəti yaranır. Xammal kimi istifadə olunan miqdarlar “Məhsullararası yerdəyişmələr” sətrində mənfi ədədlə göstərilir, bütün dəyişilmiş məhsulların ümumi miqdarı isə “Neft-zavod xammalı” sütununda müsbət ədədlə göstərilir.
“Neft emalı zamanı itkilər” neft emalı zavoduna neft məhsullarının tədarükünün tam kütləsi ilə (“Neft emalı zavodlarının yüklənməsi (faktiki)” kimi göstərilən) ümumi hazır məhsul istehsalı arasında olan fərqdir. İtkilər həm neft məhsullarının təbii azalmasının, həm də neft emalı zavodları üzrə statistik məlumatların kütlə vahidi ilə hesablanması zamanı yaranan xətaların nəticəsidir.
“Birbaşa istifadə” neft emalı zavodlarına daxil olan kütlənin (həcmin) bilavasitə istehlak olunan hissəsidir. Neft emalı zavodlarından kənarda xam neftin və (və ya) təbii qaz kondensatının “Birbaşa istifadə”si onların növbəti istehlakının nəzərə alınması üçün göstərilməlidir. Bu halda, xam neftin və təbii qaz kondensatının “Birbaşa istifadə”si kimi göstərilən bütün qiymətlər “İlkin məhsulların tədarükü” kimi göstərilən qiymətlərə bərabər olmalıdır.
“Neft emalı zavodlarının yüklənməsi (hesablama)” göstəricisinin hesablanması üçün düstur – hasil edilmiş və istehsal olunmuş məhsulların, digər mənbələrdən alınmış tədarükün, qaytarılmış, yeri dəyişmiş məhsulların, idxalın və ehtiyatların dəyişməsinin cəmini (ixrac və birbaşa istifadə çıxılmaqla) əks etdirir. Yerli istehsal ölkədaxili əmtəəlik məhsulu əhatə edir. Neft emalı zavodlarının yüklənməsi emal prosesinə daxil olan neft məhsullarının tam miqdarıdır.
Dostları ilə paylaş: |