1. Bakteroloji silahlar



Yüklə 103,72 Kb.
səhifə1/52
tarix17.12.2022
ölçüsü103,72 Kb.
#121269
  1   2   3   4   5   6   7   8   9   ...   52
Mulki Mudafi Final docx


1. Bakteroloji silahlar
Bakterioloji silah (BS) kütləvi qırğın silahlarınınbir növüdür. BS bakterial vasitələrə və onları tətbiq etmək üçün işlədilən döyüş sursatına, cihaz və tərtibatlara deyilir. Bakterioloji silahın (BS) əsasını xəstəlik törədən mikroblar və onlardan alınan zəhər-toksinlər təşkil edir. Bakterioloji vasitələrin insanlara və bitkilərə zədələyici təsiri bir sıra fərdi xüsusiyyətlərlə xarakterizə edilir. Onların hətta çox kiçik dozaları belə, yolxucu xəstəlik törədir, yaxud insanları və heyvanları zəhərləyə bilir. Bir çox xəstəliklər xəstə adamdan sağlam adama keçir, insanlar və heyvanlar arasında tez yayılır. Xəstəliktörədən mikroblar və toksinlər müəyyən müddət xarici mühitdə və ya yoluxmuş həşəratlarda, gənələrdə, gəmiricilərdə qala bilər. Bakterioloji vasitələrin zədələyici xassələrindən biri də onlarda inkubasiya və ya gizli inkişaf dövrünün olmasıdır. Düşmən bakterioloji vasitələri təyyarə bombaları, top güllələri, raketlər, habelə içərisinə maye, yaxud quru halda mikrob və zəhər qatışığı (reseptur) doldurulmuş xüsusi konteyner və cihazlarda ata bilər. Belə silahın tətbiqi nəticəsində, şübhəsiz ki, şəhərlər və başqa yaşayış məntəqələri, dəmiryol qovşaqları, limanlar, su təchizatı mənbələri, həmçinin kənd təsərrüfatı bitkiləri, əkin tarlaları bakterioloji vasitələrlə zədələnə bilər.
Xəstəliyin yayılmasının ən sadə və təsirli üsullarından biri havanın yoluxmasıdır.
İçərisində bakterioloji vasitələr olan hərbi sursathavada duman və ya tüstüşəkilli aerozol buludu yaradır. Onun zədələyici təsiri tətbiq edilən xəstəliktörədicidən, ərazinin relyefindəən meteroloji şəraitindən və s. aslıdır. İnsanlar və heyvanlar təkcə bakterioloji vasitələrin tətbiq edildiyi zaman deyil, buluddan ayrılmış aerozol hissəciklərinin özzədələyici xüsusiyyətlərini saxlaya bildiyi vaxtdan asılı olaraq, bir neçə saat, gün, həftə, hətta ay müddətində də zədələnə bilər. Ona görə üzərinə həmin hissəciklər düşmüş əşyalara toxunduqda və ya yoluxmuş yeyinti məhsullarından, yaxud sudan istifadə edildikdə zədələnmək olar.
Bakterioloji silahın tətbiqi nəticəsində bioloji zədələnmə ocağı yarana bilər.
Bioloji zədələnmə ocağı o əraziyə deyilir ki, oradabioloji silahın tətbiqi nəticəsində insan, heyvan və bitki tələfatı olsun. Bioloji zədələnmə ocağı yaranan yerdə karantin və observasiya rejimləri tıtbiq olunur.Yolxucu xəstəlik yayan həşaratlar bir yerdən başqa yerə keçdikləri üçün bakterioloji yoluxmanın ilk sərhədləri də genişlənir və deməli, yolxucu xəstəliklərin yayılma təhlükəsi artır. Proflaktika aparmaq və lazimi mühafizə tədbirləri görmək üçün bakterioloji vasitələrin vaxtında aşkar edilməsinin çox böyük əhəmiyyəti var. Düşmənin bakterioloji silahdan istifadə etdiyini zahiri əlamətlərə, bu vasitənin hansı yolxucu xəstəlik törədəcəyini isə laboratoriyada aparılmış tədqiqatlara görə müəyyən etmək olar.Bakterioloji hərbi sursat partladıqda boğuq səs eşidilir, ətrafı iri qəlpələr yayılaraq, torpaq və bitki üzərində damcılar və tozşəkilli maddələr çökür. Bəzən təyyarələrdən müxtəlif yüklərin-konteynerlərin, torbaların, kisələrin, bağlamaların atıldığını da müşahidə etmək olar. Yolxucu xəstəlik yayan həşəratlar tətbiq edildikdə, hərbi sursatın partladığı yerdə əvvəllər təsadüf edilməyən xeyli miqdarda həşərat və gənə müşahidə edilə bilər.Düşmənin Bakterioloji vasitələr tətbiq etdiyi rayonlarda insanlar arasında epidemiya,həmçinin mal-qaranın qırılması halları baş verə bilər. Bunun qarşısını almaq üçün observasiya və karantin təyin edilir. Observasiya epidemiya ocağında yolxucu xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə həyata keçirilən təcridetmə-məhdudlaşdırma və müalicə profilaktika tədbirləri sistemi deyilir. Tibb bölmələri və idarələri təcili proflaktika və müalicə tədbirləri görür. Əgər bütün əhali təhlükəli yolxucu xəstəliklə mübarizə aparsa, bu tədbirlərin effektli nəticəsi olar. Həkimin və ya başqa tibb işçisinin göstərişi ilə yaşayış yerini, ictimai istifadə yerlərini, yeyinti məhsullarını, suyu, qab-qacağı, paltarları, ayaqqabını, yorğan-döşəyi, mebeli və s. dezinfeksiya etmək lazımdır. Xəstəliyin qarşısını alan proflaktika peyvəndlərindən və dərman qəbulundan imtina etməyin. Düşmənin bakterioloji silahının təsirinə məruz qalmış rayonda hakimiyyət
orqanları xüsusi rejim karantin yaradırlar və həminrayona gediş – gəliş qadağan edilir. Karantin dövründə əhalinin vəzifəsi qoyulmuş qaydaya ciddi riayət etməkdir.Yadda saxlamaq lazımdır ki, bütün tədbirlər adamların həyatını və sağlamlığını mühafizə etmək üçün görülür. Karantin bakterial yoluxma ocağını təcrid etmək, xəstəliklərin yayılmasınım qarşısını almaq və yoluxmanı aradan qaldırmaq məqsədilə yerinə yetirilən epidemiya əleyhinə rejimli profilaktia tədbirləri sistemidir.



Yüklə 103,72 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin