1. Bakteroloji silahlar


X 17. Elektromaqnit impulsu



Yüklə 103,72 Kb.
səhifə12/52
tarix17.12.2022
ölçüsü103,72 Kb.
#121269
1   ...   8   9   10   11   12   13   14   15   ...   52
Mulki Mudafi Final docx

16. X


17. Elektromaqnit impulsu
Nüvə partlayışı anında ətrafa külli miqdarda qamma-kvantlar və neytronlar yayılır. Bunlar ətraf mühitin atomları ilə qarşılıqlı təsirə girərək elektromaqnit sahələri yaradır, nəticədə hava və ya yeraltı rabitə, kabel xətlərində, siqnal, elektrik xətlərində, radiostansiyaların antenalarında və s. qısamüddətli, lakin çox güclü cərəyan və gərginlik əmələ gətirir. Buna elektromaqnit impulsları deyilir. Elektromaqnit implusları radioelektron cihazlarını sıradan çıxarır, xarici xətlərə qoşulmuş elektrik qurğularının işini pozur. Elektromaqnit impulsu, həmçinin yarımkeçirici cihazları, qazboşalma, vakuum cihazlarını, kondensatorları da xarab edib sıradan çıxarır. Bu cihazlarla işləyən adamların təhlükəsizliyi üçün tədbir görülməyibsə, elektromaqnit impulsu yüksək elektrik gərginliyi ilə adamları zədələyə bilər. Elektromaqnit impulsundan mühafizə vasitəsi kimi qoruyucu avtomat tərtibatlardan istifadə edilir (ildırımdan mühafizədə olduğu kimi).


18. FH-da əhalinin mühafizə üsulları
Bütün obyektlərdə və xüxusilə də təhlükə potensiallı müssisələrdə qəzaların səbəblərini aşkara çıxarmaq və aradan qaldırmaq, onların ehtimal edilən nəticələrini zəiflətmək, işçilərin, avadanlığın mühafizəsini təmin etmək məqsədilə müvafiq tədbirlər kompleksi həyata keçirilməlidir. Tədbirlərin konkret məzmununu- əməyin təhlükəsizliyi, mülki müdafiə üzrə tələblər, yanğın və radiasiya təhlükəsizliyi qaydaları və digər müvafiq normativ sənədlərin göstərişləri ilə müəyyən etmək lazımdır. Qeyd olunan tədbirləri tənzimləmək üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 28 dekabr tarixli 700 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sülh və müharibə dövrlərindəki fövqəladə hallarda əhalinin mühafizəsinin əsas prinsipləri” məhz belə səciyyəli sənəddir.

( Mətni genişləndirməkdən ötrü əsas prinsiplərdən də yazmaq mümkündür)


FH-da əhalinin mühafizəsinin əsas prinsipləri aşağıdakılardır:
-Respublikanın bütün əhalisi mühafizə edilməlidir, bu tədbirlər fasiləsiz xarakter daşıyır, həm sülh, həm də müharibə dövrlərində yerinə yetirilir;
-Ehtimal edilən föbvqəladə halların növündən, təhlükənin dərəcəsindən asılı olaraq əhalinin mühafizəsi tədbirləri fərdi surətdə planlaşdırılır və həyata keçirilir;
-Sülh dövründə baş verə biləcək fövqəladə halların xarakteri və miqyası barədə proqnozlar əsasında, habelə müasir müharibələrin xüsusiyyətləri, başlanması variantları, müxtəlif növlü qırğın vasitələrinin işlədilməsi imkanları nəzərəalınmaqla Respublika ərazisi zonalara ayrılır. Mülki müdafiə tədbirləri hərbi komandanlıq orqanları ilə sıx əlaqədə yerinə yetirilir;
-əhalinin mühafizəsi üzrə tədbirlər sülh dövründə əvvəlcədən hazırlanır, iqtisadi və sosial inkişaf planlarında nəzərdə tutulur və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada yerinə yetirilir;
-əhalinin mühafizəsinə əhalinin müxtəlif mühafizə qurğularında daldalandırılması, təhlükəli rayonlardan köçürülməsi və eyni zamanda fərdi mühafizə vasitələrindan istifadə olunmasıdır.

Fövqəladə hadisələr zamanı əhalinin mühafizəsinin əsas üsulları:


-FH-da əhalinin xəbərdar edilməsi;
-əhalinin və ərazinin mühəndis mühafizəsi;
-radioaktiv və kimyəvi mühafizəsi;
-kütləvi mühafizə qurğularında yerləşdirməklə mühafizə etmək;
-fərdi mühafizə vasitələrinin paylanması ilə mühafizə;
-təhlükəli ərazidən əhalinin köçürülməsi ilə mühafizə;
-tibbi mühafizə;
-yanğından mühafizənin təşkili;
-əhalinin MM üzrə hazırlığının təşkil edilməsi.



Yüklə 103,72 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin