1. Bakteroloji silahlar


VPXR- Ümumqoşun kimyəvi kəşfiyyat cihazı



Yüklə 103,72 Kb.
səhifə16/52
tarix17.12.2022
ölçüsü103,72 Kb.
#121269
1   ...   12   13   14   15   16   17   18   19   ...   52
Mulki Mudafi Final docx

23. VPXR- Ümumqoşun kimyəvi kəşfiyyat cihazı
(Bu sual biraz uzundu, amma tam material budur, ümumqoşun zad deir amma qələt eliyir VPXR nədirsə budur)
Bu cihaz havada, ərazidə, texnikanın, avadanlığın və digər əşyaların səthindəki ZM-i təyin etmək üçündür. Bu cihaz vasitəsilə havada, ərazidə, texnikannı, müxtəlif sursatların səthində zarin, zoman, iprit; havada V-qaz, fosgen, sianid turşusu, xlorsian olub-olmadığı tə'yin edilir. Cihazın quruluşu. Cihaz qapağı olan xüsusi formalı qutudan (gövdədən) ibarətdir. Qutuda əl nasosu, nasosun ucluğu, indikator borucuqları yığılmış kağız kaset, tüstü süzgəcləri, qoruyucu qapaqlar, elektrik fənəri və 15 patronu olan qızdırıcı yerləşdirilib (şəkil) Cihazın dəstinə kürək, cihazın işlədilməsi, istismarı və zoman tipli ZM-i təyin etmək qaydaları barədə təlimat - yaddaş vərəqəsi də daxildir. Cihazı daşımaq üçün qaytanlı çiyin qayışı vardır. Cihazın çəkisi təxminən 2,2 kq-dır. Əl nasosu - porşenlidir, yoxlanılan havanı indikator borucuqlarından vurub keçirmək üçündür. Nasosu dəqiqədə 50 dəfə vurarkən indikator borucuğundan 2 l hava keçir. Nasos başlıq, silindr, ştok və dəstəkdən ibarətdir və cihazın gövdəsində quraşdırılmış metal boruda yerləşir. Borunun dibindəki yay, rəzəni (tutucunu) açarkən nasosu basıb bayıra çıxarmaq üçündür. Nasos boruda dəstəyi bayıra tərəf olmaqla yerləşdirilir. Nasosun başlıq hissəsində indikator borucuqlarının ucları kəsmək (çərtmək) üçün bıçaq və indikator borucuqlarını yerləşdirmək üçün yuvalar var. Başlığın kəllə hissəsində borucuqların uclarını qırmaq üçün iki çökək yer də düzəldilib. Bunlardan başqa nasosun başlıq hissəsində rezin klapan və klapanın yəhəri də yerləşdirilib. Başlığın klapan tərtibatı ilə kip birləşməsi rezin araqat vasitəsilə təmin edilmişdirNasosun dəstəyində ampulaqıran və nüvə yerləşdirilmişdir. Ampulaqıran indikator borucuqlarının içərisindəki ampulaları qırmaq, nüvə isə ampulaqıranı nasosun dəstəyində bərkitmək üçündür. Dəstəyin yan tərəfindən ampulaqıran millər işarələnmişdir (markalanmışdır). Üç yaşılq həşiyəli mil – üç halqavari haşiyəsi olan borucuq üçün bir qırmızı haşiyəli və qırmızı nöqtəli mil isə bir qırmızı haşiyəsi və qırmızı nöqtəsi olan borucuqlar üçündür. Kaset eyni işarəli 10 indikator borucuğunu yerləşdirmək üçündür (şəkil) Kasetin üz tərəfində havada ZM olarkən indikator borucuqlarındakı doldurucu maddənin aldığı etalon rəng göstərilmiş və kasetdəki borucuqları işlətmək qaydası barədə qısa göstərişlər yazılmışdır. İndikator borucuqlarını işlədərkən onun doldurucu maddəsinin aldığı rəngi kasetin səthindəki rənglə tutuşdurmaqla havada olan ZM-in konsentrasiyasını təxmini təyin etmək mümkündür. Kasetin aşağı hissəsində indikator borucuqlarının hazırlanmasının tarixi və yararlılığı müddəti göstərilmişdir. Nasosun ucluğu cihazı tüstülü şəraitdə işlədərkən, habelə torpaqda, dənəvər materiallarda, texnikanın, paltarların və başqa əşyaların üzərindəki ZM-i təyin edərkən işlədilir. Nasos ucluğunun gövdəsi dörd kəsimlə qıfvari hissəyə birləşdirilib, gövdəyə şüşə silindr geydirilib. Qıfın aşağı hissəsindəki yiv və xüsusi qayka vasitəsilə ona sıxıcı halqa bənd edilib ki, onu da rəzə ilə 1azımi vəziyyətdə bərkitmək mümkündür. Şüşə silindrin - ucluğun gövdəsinə, o ucluğun isə nasosla birləşmiş yerləri iki rezin araqatla kipləşdirilir. İndikatorun borucuqları - ZM-i təyin etmək üçündür, içinə doldurucu maddə və reaktivli ampulalar yerləşdirilib, ucları lehimlənmiş şüşə borucuqlardan ibarətdir. Borucuqlar rəngli halqa şəklində haşiyələrlə işarələnmişdir. Bu haşiyələr həmin borucuq vasitəsilə hansı zəhərləyici maddənin müəyyən edildiyini göstərir. Cihazın dəstində üç növ indikator borucuqları olur: bir qırmızı haşiyəli və qırmızı nöqtəli borucuqlar zoman, zarin, V-qaz tipli ZM-i; üç yaşıl haşiyəli borucuqlar - fosgen, sianid turşusu, xlorsian; bir sarı haşiyəli borucuqlar isə ipriti təyin etmək üçündür. Hər kağız kasetdə eyni işarəli 10 indikator borucuğu yerləşir. İndikator borucuqlar Tüstü əleyhinə süzgəclər - bir qat süzücü materialdan və bir neçə qat kapron parçadan ibarətdir. Onlar tüstünün və ya turşu xarakterli maddə buxarları olan havada ZM-i müəyyən etmək, həmçinin torpaqda və dənəvər materiallardakı zəhərləyici maddələri müəyyənləşdirmək üçündür. Süzgəclər polietilen kisəcikdə saxlanılır. Qoruyucu qalpaqlar - nasos ucluğu qıfının daxili səthini davamlı zəhərləyici maddələrlə çirklənmədən qorumaq, habelə torpağın və dənəvər maddələrin nümunələrini (problarını) yerləşdirmək üçündür. Qızdırıcı - soyuq havada zəhərləyici maddələri müəyyən edərkən indikator borucuqlarını qızdırmaq (temperaturu müsbət 10-15°S-dən aşağı olan havada iprit üçün borucuqları, 0°S-dən aşağı olanda isə zoman borucuqlarını), habelə ampulaların donunu açmaq üçündür. Qızdırıcı gövdədən və patronlardan ibarətdir (şəkil). Qızdırıcının gövdəsi burulub bərkidilən dibə malik plastik kütləli üst örtükdən ibarətdir. Onun daxilində bir-birinə lehimlənmiş dörd mis borucuqdan ibarət nüvə və dairəvi plastik kütlə lövhəcik yerləşdirilmiş, ətrafı istilik-izolyasiya materialı ilə örtülmüşdür. Örtüyün xarici səthindəki iki çıxıntıda qızdırıcının patronunun apulasını qırmaq üçün mil yerləşdirilir. Qızdırıcının patronu metal gilizdən, məhlul ampulasından və plastik kütlə qalpaqdan ibarətdir. Gilizin dibinə maqnezium tozu tökülmüş, üstü süzgəc kağızdan ibarət araqatla örtülmüşdür. Plastik kütlə qapağın mərkəzində baca vardır; istifadə olunmamış patronların bacası plyonka, yaxud polistrol materialla örtülü olur. Patrondan istifadə edilərkən məhlul ampulasını qırmaq üçün mil məhz bu bacaya yeridilir. Cihazın dəstəsində xüsusi metal kasetdə yerləşdirilmiş 10 ədəd patron (bəzən, 15 patron) olur. Ətrafdakı havanın temperaturundan asılı olaraq qızdırıcının yan bacalarının daxilində istilik aşağıdakı hədlərə çatır: • mənfi 40°S-dən müsbət 35-85°S-dək, 7-8 dəqiqə ərzində müsbət 20-30°Sdək soyumaqla; • mənfi 20°S-dən müsbət 35-85°S, 7-8 dəqiqə ərzində müsbət 30-40°S-dək soyumaqla. Qızdırıcının temperaturu 15-20 dəqiqə ərzində müsbət 15-20ºS hədlərində qalır. Cihazı işlətməyin ümumi qaydaları. Cihazı işə hazırlayarkən • cihazda bütün əşyaların yerində olduğunu və sazlığını yoxlamaq; • indikator borucuqları kasetlərini bu ardıcıllıqla yerləşdirmək ən yuxarıda - qırmızı haşiyəli və qırmızı nöqtəsi olan borucuqlar; sonra - üç yaşıl haşiyəli borucuqları ən altda - sarı haşiyəli borucuqları; • tüstü süzgəclərini polietilen kisədən, istismar üzrə təlimatı isə cihazdan çıxarmaq lazımdır. Yürüş zamanı cihaz sol tərəfdə gəzdirilir və qaytan vasitəsilə bel səviyyəsində bərkidilir. İşlətmək üçün cihazı ön tərəfə çəkirlər. İndikator borucuqlarını işlədərkən “Qoşun kimyəvi kəşfiyyat” cihazının (QKKC) istismarı üzrə təlimatda və boru kasetlərinin üzərindəki göstərişləri rəhbər tutmaq lazımdır. Nasosun işlədilməsi (vurulması) surəti 1 dəq-də 50-60 hərəkətə bərabərdir. İndikator borucuqlarındakı doldurucular bir sıra hallarda yalnız nəzərdə tutulduğu ZM-in təsirindən deyil, habelə havadakı digər maddələrin təsirindən də rəng alır. Belə hallarda alınan rəng, adətən, ZM üçün nəzərdə tutulandan fərqli olur. Buna görə də bütün hallarda indikator borucuğundakı doldurucunun aldığı rəngi kasetin üzərindəki rənglə müqayisə etmək lazımdır. Yüksək konsentrasiyalı neytral və zəhərli tüstülər indikator borucuğunda ZM-in təsirindən yaranan rəngi dəyişdirə (maskalaya) bilir. Bunun qarşısını almaqdan ötrü tüstü buludunda cihazla işləyərkən tüstü süzgəcli ucluqdan istifadə edirlər. İndikator borucuqlarının uclarını belə ayırmaq lazımdır (şəkil): • sol əl ilə nasosu, sağ əl ilə indikator borucuğunu götürməli; • indikator borucuğunun ucunu nasosdakı bıçaq vasitəsilə çərtməli; • borucuğun çərtilmiş ucunu nasosun başlığındakı məqsəd üçün olan çökək yerə basmaqla sındırmalı; • bu qayda üzrə borucuğun digər ucunu da açmalı; İndikator borucuğunun ampulasını qırmaq üçün: indikator borucuğunun açılmış ucunu nasosdakı ampulaqıranın borucuğa müvafiq rənglə işarələnmiş yuvasına yerləşdirməli; bu zaman nasos başı aşağı tərəfə olmaqla saxlanmalı, yuvadakı qırıcı mil isə borucuğun içərisinə keçməlidir; İndikator borucuqları vasitəsilə havada ZM - in müəyyən edilməsi. • borucuğu yüngülcə ampulaqırandakı milə basmaqla ampulanı qırmalı (əzməli); • indikator borucuğunu ampulaqıran yuvadan çıxarmalı və onun işarələnmiş ucundan tutub bərk silkələməli. Tüstü süzgəcini nasosun ucluğunda bərkitmək üçün: • cihazdan ucluğu götürməli, onun gövdəsini sola burmaqla qıf ilə sıxıcı halqa arasında 2-3 mm-lik ara məsafə yaratmalı; • tüstü süzgəcini bu ara məsafəyə yerləşdirərək sıxmalı. Soyuq havada indikator borucuqlarının həssaslığı zəifləyir, qırmızı haşiyə və nöqtəli borucuqlarda isə ampuladakı məhlul donur. Buna görə də qış vaxtı borucuqları işlədərkən qızdırıcıdan istifadə edilir. Qızdırıcını işə hazırlamaq üçün (şəkil): • patronu qızdırıcının mərkəzi yuvasına yerləşdirib sonadək aşağı basmalı; • əllə milin başlığında təzyiq edərək patrondakı ampuları qırmalı, mili sonadək aşağı basmalı, fırlatmalı və buxarlanma dayanmayınca patrondan çıxarmamalı. Qızdırıcını işə salmaq (onun patronunu dəyişmək) qaydası Patrondan buxar çıxması qızdırıcının normal işinə dəlalət edir. Qızdırıcının işinin səmərəsi ətrafdakı temperaturdan asılı olur. Müsbət temperaturda qızdırıcı daha səmərəli işlədilir, hətta bəzən mayenin patrondan kənara sıçraması da mümkündür. Buna görə də 10-15°S-dən yuxarı temperaturda xüsusi ehtiyac olmadan qızdırıcıdan istifadə etmək məsləhət deyil. Cihazın fənərindən qaranlıqda işləyərkən istifadə edilir



Yüklə 103,72 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin