1. Bakteroloji silahlar


Dezaktivasiya və onun əsas məqsədi



Yüklə 103,72 Kb.
səhifə32/52
tarix17.12.2022
ölçüsü103,72 Kb.
#121269
1   ...   28   29   30   31   32   33   34   35   ...   52
Mulki Mudafi Final docx

50. Dezaktivasiya və onun əsas məqsədi
Dezaktivasiya – qurğulardan, binalaradan, paltardan, sudan, qida məhsullarından və s. radioaktiv maddələrin təmizlənməsidir. Radioaktiv yoluxma zonasından çıxdıqdan sonra təcili surətdə dezaktivasiya, yəni, radioaktiv tozu kənar etmək lazımdır. İnsan bədənindən radioaktiv maddələrin kənar edilməsi sanitar təmizlənməsi ilə həyata keçirilir. Dezaktivasiya nüvə istehsalında, radioaktiv izotoplarla iş zamanı təhlükəsizlik qaydalarına riayət edilmədikdə, radioaktiv tullantılar daşınarkən baş verən qəzalardan sonra ətraf mühitin radioaktiv çirklənməsi zamanı həyata keçirilir. Müharibə dövründə dezaktivasiya tədbirləri düşmənin nüvə silahının tətbiqindən sonra nəticələrin aradan qaldırılması zamanı həyata keçirilir. Bundan da əlavə, radioaktiv maddələrlə işləyən heyətin dezaktivasiyası planlı şəkildə daima həyata keçirilir. Dezaktivasiyanın əsas məqsədi – radioaktiv maddələrlə yoluxma səviyyəsinin maksimal dərəcədə azaldılmasıdır.
Paltarların ən sadə dezaktivasiya yolu – silkələmə, tozu taxta ilə çırpma, fırça, tozsoran ilə təmizləmə, bu üsulların az effektliliyi zamanı, yuyucu vasitələrlə xüsusi çamaşırxanalarda yuyulmadır. Suyun dezaktivasiyası üçün bioloji süzgəclərdən istifadə olunur. Yaxşı qablaşdırılmış məhsulların dezaktivasiyası üçün onları yuyurlar, qablaşdırılmamış məhsulların dezaktivasiyası üçün isə onların üst səthlərini soyurlar. Azqiymətli və kiçik miqdarlı məhsulları məhv edirlər.
Dezaktivasiyanı həyata keçirən şəxslər mühafizə vasitələrindən istifadə etməli, paltarın radioaktiv yoluxmasına vaxtaşırı dozimetrik nəzarəti yerinə yetirməli və dezaktivasiyanı keçirdikdən sonra tam sanitar təmizlənməlidir.
Dezaktivasiyanın təşkilinin bir neçə növü vardır: qismən, öz gücü ilə əlaltı vasitələrlə həyata keçirilən və tam (MM qüvvələrinin xüsusi vasitələri ilə). Qismən dezaktivasiya zamanı ehtiyatla paltarı çıxarmaq (tənəffüs orqanlarının mühafizə vasitələrini çıxarmamaq), arxası küləyə dayanmaq (növbəti fəaliyyət zamanı radioaktiv tozun düşməsindən yayınmaq üçün) və paltarı çırpmaq, sonra paltarı zivədən, ipdən asmaq, yenidən arxası küləyə dayanmaqla onun üzərindən tozu fırça və ya süpürgə ilə yuxarıdan aşağı istiqmətdə təmizləmək gərəkdir. Paltarı taxta ilə də çırpmaq olar. Bundan sonra ayaqqabını dezaktivasiya etmək: islaq parça ilə silmək, süpürgə və ya fırça ilə təmizləmək lazımdır (rezin ayaqqabını yumaq da olar). Əleyqazı aşağıda göstərilən ardıcıllıqla dezaktivasiya edirlər: Süzücü-uducu qutunu çantadan çıxarırlar, çanta çırpılır, sabunlu suda, yuyucu vasitədə və ya kimyəvi maddələrə qarşı nəzərdə tutulmuş paketdəki mayelərdə isladılmış pambıq ilə süzücü-uducu qutu, birləşdirici dəstək və üzlük hissənin (şlem maskanın) üst tərəfi silinir. Bundan sonra əlehqaz çıxarılır. Tozaqarşı parça maskalar dezaktivasiya zamanı yaxşıca çırpılır, fırçalar ilə təmizlənir, suda yuyulur. Yoluxmuş pambıq tənzif parçalar məhv edilir (yandırılır).
Paltarların qismən dezaktivasiyası
Açıq bədən sahələrinin qismən sanitar təmizlənməsi zamanı ilk öncə əllər, üz və boyun, həmçinin gözlər radioaktiv maddələrlə yoluxmamış su ilə yuyulmalıdır. Burun, ağız, boğaz yaxalanır. Yuyulma zamanı yoluxmış suyun gözə, ağıza və buruna düşməsinə yol verilməməlidir. Su çatışmamazlığı zamanı bədən hissələri isladılmış tənzif parçalarla (pambıqla) bir neçə dəfə silinir. Silinmə bir istiqamətdə (yuxarıdan aşağıya), hər dəfə pambığı təmiz tərəfinə çevirməklə həyata keçirilməlidir. Qismən dezaktivasiya və sanitar təmizlənmə radioaktiv tozun tam kənar etmədiyinə görə, bu proseslər həyata keçirildikdən sonra mütləq dozimetrik nəzarət yerinə yetirilir. Paltar və bədənin yoluxmasının normadan çox olması müəyyən edildikdə qismən dezaktivasiya və sanitar təmizlənmə yenidən təkrar olunur. Lazım olduqda tam dezaktivasiya keçirilir.
Qış vaxtı paltarın, ayaqqabının, mühafizə vasitələrinin qismən dezaktivasiyası və sanitar təmizlənmə üçün radioaktiv maddələrlə yoluxmamış qardan da istifadə olunur. Yay vaxtı sanitar təmizlənməni çaylarda və ya digər axar sularda həyata keçirmək mümkündür.
Vaxtında həyata keçirilən qismən dezaktivasiya və sanitar təmizlənmə insanların radioaktiv maddələrlə yoluxmasının qarşısını tam ala və təhlükənin səviyyəsini azalda bilər.



Yüklə 103,72 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin