1. Bakteroloji silahlar


Dozimetrik cihazların ion kamerası və blok sxemləri



Yüklə 103,72 Kb.
səhifə34/52
tarix17.12.2022
ölçüsü103,72 Kb.
#121269
1   ...   30   31   32   33   34   35   36   37   ...   52
Mulki Mudafi Final docx

52. Dozimetrik cihazların ion kamerası və blok sxemləri
Mülki müdafi ə (MM) sistemind ə dozimetriyanın əsas vəzifəsi – müxtəlif radiasiya şəraitində əhalinin, mülki müdafiə qoşunları və hərbiləşməmiş dəstələrin fəaliyyətini təmin etmək məqsədilə ionlaşdırıcı şüalanmaları aşkar etmək və bu şüalanmaların onlar üçün yaratdığı təhlükənin dərəcəsini qiymətləndirməkdir.
İonlaşdırıcı şüalanmaları aşkar etmək, onların enerjisini və digər xassələrini ölçmək üçün istifadə edilən cihazlara detektor deyilir. Detektor tədqiq edilən şüalanmaları ölçmək üçün istifadə olunan cihazların əksəriyyətinin, habelə mürəkkəb qurğuların vacib hissəsidir.
Detektorların əksəriyyətinin işi ionlaşdırıcı şüalanmadan maddənin şüalanması, ya da onun atomlarının və ya molekullarının təsirlənməsi (həyəcanlanması) effektinin aşkar olunmasına əsaslanır. Qazlarda ionlaşma effektinin aşkar olunması əsasında işləyən detektorlara ionlaşma kameraları və qazboşalma sayğacları aid edilir. İonlaşma kamerasında şüalanmanın yaratdığı elektronlar və müsbət ionlar elektrik sahəsi qüvvəsinin təsiri altında müvafiq elektrodlara tərəf hərəkət edir, nəticədə xarici dövrədə cərəyanın kəmiyyətinə görə ionlaşma effektini ölçmək mümkün olur.
Cihazın sxemində çevrilən siqnalların xarakterinə görə dozimetrik qurğular iki qrupa ayrıla bilər. Birinci qrupa elə cihazlar aid edilir ki, burada nəzarət edilən şüalanmaların hissəcikləri və ya fotonları detektor vasitəsilə qısa, ardıcıl elektrik siqnallarına (impulslara) çevrilir. Bu qrup cihazların elektrik sxemi çevirici və impuls gücləndiricisi rolunu oynayır. İkinci qrupa aid olan dozimetrik cihazlarda isə cihazın detektoru ona təsir göstərən şüalanmaları fasiləsiz sabit cərəyana çevirir. Belə halda cihazın sxemi sabit cərəyan gücləndiricisi və çevirici rolunu oynayır.


53. Sülh dövründəki Fövqəladə Hallar və Dövlət sisteminin müxtəlif rejimdə iş fəaliyyəti
Fövqəladə halların nəticələrinin aradan qaldırılması üzrə xilasetmə işlərinə bilavasitə rəhbərlik aşağıdakı orqanlar tərəfindən həyata keçirilir:
-nəticəsi ancaq bir istehsalat binasını əhatə edən qismən fövqəladə hallar zamanı- obyekt fövqəladə hallar komissiyası;
-nəticəsi ancaq bir obyektin ərazisini əhatə edən obyekt miqyaslı fövqəladə hallar zamanı lazımi hallarda rayon(şəhər) və sahə fövqəladə komissiyalarının operativ qrupları da iştirak etməklə, obyekt fövqəladə hallar komissiyası;
-nəticəsi rayonun (şəhərin) ərazisini əhatə edən yerli FH zamanı- Respublika Fövqəladə Hallar Nazirliyi;
Fövqəladə halların nəticələrinin aradan qaldırılması işləri adətən aşağıdakı ardıcıllıqla təşkil edilir:
-istehsalatdakı işçilərin və təhlükə yaranan sahələrdə əhalinin xəbərdarlıq edilməsi və mühafizə olunması; bu işi obyektdə yaradılmış məhdud xəbərdarlıq sistemindən istifadə etməklə növbətçi-dispetçer müəyyən olunmuş qaydada yerinə yetirilir.
-qəzanın məhdudlaşdırılması və ən təcili xilasetmə işlərinin görülməsi;
-fəlakətin miqyasını, onun törətdiyi təhlükənin xarakterini və s. təyin etmək üçün kəşfiyyatın təşkili;
-xilasetmə işlərinə cəlb ediləcək qüvvə və vasitələrin müəyyənləşdirilməsi, onların hazır vəziyyətə gətirilməsi;
-xilasetmə işləri aparmaq üçün qərar qəbul edilməsi və işlərin təşkili;
-obyektin istehsalat fəaliyyətinin (əhalinin normal həyat fəaliyyətinin) bərpa olması.
Istehsalat qəzaları və təbii fəlakətlərin nəticələrini aradan qaldırarkən xilasetmə işlərinin aparılması qaydaları digər müvafiq hallarda olduğu kimidir.



Yüklə 103,72 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin