1. Bakteroloji silahlar



Yüklə 103,72 Kb.
səhifə39/52
tarix17.12.2022
ölçüsü103,72 Kb.
#121269
1   ...   35   36   37   38   39   40   41   42   ...   52
Mulki Mudafi Final docx

58. Sığınacaqlar
Sığınacaq - orada sığınan əhalinin nüvə partlayışının bütün zədələyici amillərindən, zəhərləyici və güclü təsirli zəhərli maddələrdən, bakterial vasitələrdən, habelə yanğınlar zamanı yüksək temperaturun və yanğın məhsullarının təsirindən mühafizəsini təmin edən hermetik mühəndis qurğusudur.
Yerləşmə yerinə və konstruksiyasına görə sığınacaqlar bina ilə birgə tikilən və ayrı tikilən növləri ola bilər.
Bina ilə birgə tikilən sığınacaqlar sığınacaq meydançadakı ən azmərtəbəli binaların altında yerləşdirilir. Onlar, üzərindəki bina ilə birgə vahid həcm təşkil edir və adətən bu binanın özülü (fundamenti) rolunu oynayır.
Birgə tikilən sığınacaqlar zirzəminin (yarımmərtəbə) bütün sahəsində, ya da bir hissəsində yerləşdirilir, bəzən isə binanın hüdudlarından kənara da çıxarıla bilər. Binadan ayrı tikilən sığınacaqlar həcmi planlaşdırma və konstruksiyasına görə əlahiddə olub, baş ərazində imkan daxilində uçqun altında qalmayacaq sahələrdə (ehtimal edilən uçqun zonasından kənarda) yerləşdirilir.
Binadan ayrı tikilən sığınacaqlar torpağa tam dərinləşdirilmiş, qismən dərinləşdirilmiş və yerdən hündür (torpaq suları olan yerlərdə) tikilə bilər. Belə sığınacaqlar monolit və ya yığma monolit dəmir-betondan tikilməli, üstü hündür torpaq qatı ilə örtülməlidir. Sığınacağın torpağa dərinləşdirilmiş hissəsi üçün hidroizolyasiyası və drenaj düzəldilməsi nəzərdə tutulmalıdır. Torpağa tam dərinləşdirilən sığınacaqlar bütün zədələyici amillərdən mühafizəni daha etibarlı təmin edir. 135 Sığınacağın üst örtüyü yerin səthindən hündür olduqda isə, yerdən hündür divarlara zərbə dalğasının təsiri sayəsində düşən yük artır və onların qoruyucu xassələri zəifləyir. Belə sığınacaqların mühafizə qabliyyətini artırmaq üçün onların divarlarını torpaqla örtmək və ya istilikdən izolyasiya qatı düzəltmək lazımdır. Sığınacaqlar leysan yağışları nəticəsində, eləcə də yerin üzərində, üst mərtəbələrində və qurğulardakı maye tutumlar dağılarkən içəriyə su, digər mayelər axması ehtimallarından mühafizə edilməlidir. Əvvəlcədən tikilən sığınacaqlardan əsas və yardımçı otaqlar nəzərdə tutulur. Müalicə müəssisələrindəki sığınacaqlarda bunlardan başqa bufet və sanitariya otaqları da olur. Sığınacaqların həcmi planlaşdırma həlli zədələyici vasitələrdən mühafizə tələblərinə və qurğuların sülh dövründə istismarı şərtlərinə əsasən müəyyən edilir. Bir qurğuda funksiyaların belə əlaqələndirilməsi həm iqtisadi cəhətdən sərfəlidir, həm də sığınacaqlar fondunun daha tez yaradılmasına imkan verir. Sığınacaqların həm planlaşdırma həlli qənaətcil, quraşdırma baxımından sadə olmalı, sülh dövründə binalardan təsərrüfat ehtiyacları üçün istifadə edilmənin normal şəraitini təmin etməli, daldalanan adamların otaqlara asanlıqla girməsi, yerləşməsi və burada xeyli müddət qalmasına imkan verilməlidir. Sadalanan təyinatlı otaqlar və oradakı mühəndis-texniki avadanlıq daldalanan adamların sığınacaqda xeyli müddət qalması üçün lazımi şəraiti təmin edir.



Yüklə 103,72 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin