1. Bakteroloji silahlar


Fövqəladə hadisələr zamanı idarə edilmə və idarəetmə məntəqələri



Yüklə 103,72 Kb.
səhifə44/52
tarix17.12.2022
ölçüsü103,72 Kb.
#121269
1   ...   40   41   42   43   44   45   46   47   ...   52
Mulki Mudafi Final docx

65. Fövqəladə hadisələr zamanı idarə edilmə və idarəetmə məntəqələri
Sülh və müharibə dövrlərində mühafizə tədbirlərinin vaxtında və müvəffəqiyyətlə yerinə yetirilməsini təmin edən başlıca şərtlərdən biri – FHN –nin mülki müdafiə qüvvələrinin düzgün idarə edilməsidir. Idarəetmənin mahiyyəti – MM rəhbər və qərargahının özlərinə tabe olan qüvvələrə daim rəhbərlik etməsindən, onların fəaliyyətini qarşıda duran vəzifələrinin icrasına yönəltməkdən ibarətdir. Mülki müdafiənin idarə edilməsi üzrə əsas vəzifələr bunlardır: -MM tədbirlərinin və dəstələrinin fəaliyyətinin əvvəlcədən planlaşdırılması, bu planların vaxtaşırı olaraq dəqiqləşdirilməsi; -sülh və müharibə dövrlərində fövqəladə hallar baş verərkən yaranmış vəziyyət barədə məlumatların fasiləsiz surətdə toplanması və öyrənilməsi; -fəaliyyət üçün vaxtında qərar qəbul edilməsi və onun icraçılara çatdırılması; -qarşılıqlı fəaliyyətin təşkili və görülməli işlərin hərtərəfli təmin və təzhiz olunması; -iş tapşırıqlarının tabelikdəkilər tərəfindən vaxtında icra edilməsinə nəzarət və onlara lazımi yardım göstərilməsi; -MM dəstələrində və qərargahlarında şəxsi heyətin yüksək mənəvi – psixoloji ovqatının saxlanması.
Ehtimal olunan hərbi münaqişələrinin xarakterindən, ölkədə xalq təsərrüfatının vəziyyətindən və s. amillərdən asılı olaraq hazırda idarəetmə fəaliyyətinə yüksək tələblər verilir. Bundan ən əsası aşağıdakılardır: -idarəetmə qabiliyyətli olmalıdır. Bu MM rəhbərlərinin inamla qərar qəbul etmək bacarığından və qərarın tabelikdəkilər tərəfindən icrasına qətiyyət və inadla nail olmasından ibarətdir. -idarəetmə çevik olmalıdır. Bu, vəziyyətin dəyişməsinin operativ və çevik surətdə nəzərə alınması deməkdir. -idarəetmə fasiləsiz və dayanıqlı olmalıdır; yəni bu sistem sülh və müharibə dövrlərindəki hər cür fövqəladə hallarda tabelikdəki qüvvələrin fəaliyyətinə fasiləsiz rəhbərlik etməyə imkan verməlidir. -idarəetmə prosesində məxfilik rejiminə (xüsusən hərbi dövrdə) ciddi riayət edilməlidir. -idarəetmə işinə verilən ən əsas tələblərdən biri – onun bütün vəsilələrin – rəhbər heyətin, idarəetmə orqanlarının digər heyətlərinin, rabitə və xəbərdarlıq vasitələrinin və s. fəaliyyətə daimi hazır saxlanılmasıdır.
lənmədən qorumaq lazımdır.



Yüklə 103,72 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin