1. Bakteroloji silahlar


Boğucu zəhərli maddələrin təyini



Yüklə 103,72 Kb.
səhifə6/52
tarix17.12.2022
ölçüsü103,72 Kb.
#121269
1   2   3   4   5   6   7   8   9   ...   52
Mulki Mudafi Final docx

8. Boğucu zəhərli maddələrin təyini
Boğucu təsirli ZM elə maddələrə deyilir ki, onlar xüsusən ağciyər toxumalarını zədələyir, orqanizmin digər toxumalarına güclü təsir göstərmir. Boğucu təsirli zəhərli maddələr qrupuna fosgen və difosgen aiddir. Bunlar davamsız olub, tənəffüs üzvlərini və onları qidalandıran yolları sıradan çıxararaq, ağ ciyərlərdə ödəm əmələ gətirir. Beləliklə tənginəfəslik, döş qəfəsində sıxıntılar, öskürək, baş ağrısı, zəiflik müşahidə olunur. Difosgen qaynama temperaturu 128 dərərcə olan mayedir, yavaş buxarlanır. Havadan 7 dəfə ağırdır. Yayda ərazinin açıq yerlərində 1saata, meşəlik yerlərində isə bir neçə saatadək zəifləyir. Difosgen suda həll olur, bu zaman xlorid turşusu və karbon qazı yaratmaqla parçalanır. Difosgen su quyularını zəhərləmir. Difosgen davamsız zəhərləyici maddələrə aiddir. İlk yardım- Əleyhqaz geydirib həmin ərazidən çıxarılması ilə bərabər tam sakitlik fiziki hərəkətsizliklə süni tənəffüz göstərilir.
Fosgen çürük ot iyi verən rəngsiz qazdır. Fosgen torpağı, texnikanı, avadanlığı zəhərləyə bilmir. Fosgen buxarları ilə nəfəs alarkən ağciyərlərin spesifik zəhərlənməsi baş verir. Bundan başqa o, gözlərə və selikli qişalara zəif qıcıqlandırıcı təsir göstərir, dəriyə təsir etmir.
VPXR ilə-Bu cihaz havada, ərazidə, texnikanın, avadanlığın və digər əşyalarınsəthindəki ZM-i təyin etmək üçündür. Bu cihaz vasitəsilə havada, ərazidə,texnikannı, müxtəlif sursatların səthində zarin, zoman, iprit; havada V-qaz, fosgen, sianid turşusu, xlorsian olub-olmadığı tə'yin edilir.
İndikatorun borucuqları - ZM-i təyin etmək üçündür, içinə doldurucu maddə və reaktivli ampulalar yerləşdirilib, ucları lehimlənmiş şüşə borucuqlardan ibarətdir. Borucuqlar rəngli halqa şəklində haşiyələrlə işarələnmişdir. Bu haşiyələr həmin borucuq vasitəsilə hansı zəhərləyici maddənin müəyyən edildiyini göstərir. Cihazın dəstində üç növ indikator borucuqları olur: bir qırmızı haşiyəli və qırmızı nöqtəli borucuqlar zoman, zarin, V-qaz tipli ZM-i; üç yaşıl haşiyəli borucuqlar -fosgen, sianid turşusu, xlorsian; bir sarı haşiyəli borucuqlar isə ipriti təyin etmək üçündür.



Yüklə 103,72 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin