1. Bakteroloji silahlar


Sülh və mühribə dövründə fövqəladə vəziyyətlər



Yüklə 103,72 Kb.
səhifə19/52
tarix17.12.2022
ölçüsü103,72 Kb.
#121269
1   ...   15   16   17   18   19   20   21   22   ...   52
Mulki Mudafi Final docx

26. Sülh və mühribə dövründə fövqəladə vəziyyətlər
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 30 aprel tarixli 239 saylı qərarı ilə “ Fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət üzrə Azərbaycan Dövlət Sistemi” yaradılmış, onun tərkibini, vəzifələrini, fəaliyyət qaydalarını müəyyən edən Əsasnamə və digər normativ sənədlər təsdiq edilmişdir.
Bu sistem ərazi üzrə Respublikanın bütün şəhər, rayon və digər yaşayış məntəqələrini; təsərrüfat sahələri üzrə isə bütün nazirlikləri, dövlət komitələrini, baş idarələri və hər cür iqtisadiyyat obyektlərini əhatə edir.
Səlahiyyət dairələrinin vəvifələri bunlardır:
-ətraf mühitdə və təhlükə potensiallı obyektlərdə müşahidə və nəzarəti təşkil etmək;
-yarana biləcək vəziyyəti proqnozlaşdırmaq və qiymətləndirmək;
-fövqəladə hadisələrın qarşısını almaq üçün profilaktik tədbirlər görmək;
-fövqəladə halların qarşısını almaq və nəticələrini zəiflətmək məqsədilə profilaktik tədbirləri görmək, xilasetmə işləri aparmaq üçün qüvvələr hazırlamaq, zərər çəkmiş əhaliyə yardım üçün lazımı maddi-texniki vəsait ehtiyatları yaratmaq;
-fövqəladə hallar barədə xəbər və məlumatların bütün əhaliyə vaxtında çatdırilmasını təmin etmək;
-fövqəladə hadisələrin aradan qaldırılması işini təşkil etmək və ona rəhbərlik etmək.
Qeyd etmək lzımdır ki, fövqəladə komissiyalar daimi fəaliyyət göstərən komissiyalardır; onlar həmişə hazır olmalı, lazım gəldikdə dərhal fəaliyyəti təşkil etməlidirlər.


27. Mülki müdafiənin siqnalları
MM siqnallarının verilməsində məqsəd – düşmən tərəfindən bilavasitə nüvə,
kimyəvi, bakterioloji silahlar və başqa silah işlədilməsi qorxusu yarandığı barədə və
dərhal mühafizə tədbirləri görmək lazım olduğu haqqında şəhərlərin və kənd yerlərinin
əhalisini vaxtında xəbərdər etməkdir.
Siqnallar MM orqanları tərəfindən növbədən kənar verilir, bu məqsədlə
radiodan, televizordan, bütün rabitə vasitələrindən, səs və işıq siqnalı vasitələrindən
istifadə olunur. Lakin siqnal və xəbər verməyin əsas vasitəsi – məftilli radioveriliş
şəbəkəsidir. Müharibə və sülh dövrlərindəki FH-da hər hansı bir xəbər və məlumatdan
əvvəl səs sirenaları, habelə müəsissələrin, nəqliyyat vasitələrinin fit səsləri vasitəsilə
“Hamının diqqətinə” siqnalı verilir. Ümumi “hamının diqqətinə” siqnalı verilməsində
məqsəd əhalinin diqqətini cəlb etmək və bu siqnalın ardınca elan ediləcək şifahi xəbər,
məlumat və göstərişlərin hamıya çatdırılmasına nail olmaqdır.
Müharibə dövründə “Hamının diqqətinə” siqnalından sonra yaranmış vəziyyətə
görə mülki müdafiənin bu siqnalları (xəbərləri) verilə bilər: “hava həyəcanı”, “hava
221həyəcanı qurtardı”, “radiasiya təhlükəsi”, “kimya həyəcanı”. Bütün əhalinin bu
siqnalları bilməsi mühafizə tədbirlərini tez və dəqiq yerinə yetirməyə, tələfatın
miqdarını xeyli azaltmağa imkan yaradır.
MM siqnalları üzrə bütün əhali üçün davranışın ümumi qaydaları əvvəlcədən,
hələ əmin-amanlıq dövründə müəyyən edilir və bütün əhaliyə öyrədilir. Lakin bu
siqnallar real surətdə verilərkən konkret şəraitdən, ərazinin (obyektlərin)
xüsusiyyətlərindən asılı olaraq davranış qaydaları yerli mülki müdafiə qərargahları
tərəfindən dəqiqləşdirilə bilər ki, bu barədə əhaliyə lazımi göstərişlər vaxtında çatdırılır.



Yüklə 103,72 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin