206. Xarici qulaq hansı hissələrdən ibarətdir ?-
qulaq seyvanından və xarici qulaq
keçəcəyindən.
207. Orta qulaq hansı hissələrdən ibarətdir ?-
təbil boşluğu, məməyəbənzər çıxıntı
və Yevstax borusundan.
208. Təbil boşluğunun daxili divarında yerləşən oval dəlik nə ilə qapanmışdır
?-
Üzənginin ayaqaltı səfhəsi ilə
209. İnsan orqanizmində ən balaca sümük hansıdır ?-
Qulaqda “stape” adlı sümük
210. Hansı hissələr qulaq labirintinə aid deyil ?-❗ ❗ -
Aiddir: zarlı və sümük
labirinti
211. Korti üzvü harada yerləşir ?-
İlbiz axacağında-onun aşağı divarında,
yəni əsas
zarda yerləşir.
212. Xarici və orta qulaq hansı funksiyanı icra edir ?-
Səsi nəql edir
213. Səsi qəbul edən üzv hansıdır ?-
Korti üzvü
214. Rinne sınağının mahiyyəti nədir ?-
sümük və hava keçiriciliyinin müqayisəsi
(səsi keçirən aparatın pozulma dərəcəsini müəyyənləşdirmək).
215. Xarici qulaq keçəcəyinin furunkulu zamanı xəstələr nədən şikayət edirlər ?-
Qulaqda ağrıdan (ağrı çeynəmə zamanı güclənir, bəzən dişlərə alın yaxud ənsə
nahiyyəsinə irradiasiya edir); temperatur normal və ya subfebril olur; qulaq
keçəcəyinin qığırdaq hissədə divarların birində olan konusabənzər infiltratla
daralmış olmasından.
216. Qulaq pərdəsinin parasentezi nədir ?-
qulaq pərdəsində kəsik
aparılması.
Qeyd:
parasentez aparıldıqdan sonra təbil(qulaq) pərdəsi arxasındakı
eksudat axır.
217. Mastoidit zamanı eşitmə hansı tip üzrə zəifləyir ?-
Səsi nəql edən apparatın
pozulma tipi üzrə.
218. Mastoiditin otoskopik əlamətləri hansıdır ?-
Xarici qulaq keçəcəyinin dal
yuxarı divarının aşağı enməsi; qulaq keçəcəyinin arxasından-məməyəbənzər
çıxıntı nahiyyəsindən basdıqda güclü ağrı.
219. Xroniki irinli otitlərin ümumi əlamətlərinə nə aid deyil ?-❗ ❗ -
Aiddir: qulaq
pərdəsində davamlı deşiyin olması; qulaqdan mütəmadi və ya vaxtaşırı irin
axması; eşitmənin zəifləməsi.
220. Qulaqdan sarımtıl – yaşıl, üfunətli iyli irinin axması hansı xəstəlik üçün
xarakterdir ?-
Orta qulağın xronik irinli iltihabı
221. Otomikoz nədir ?-
Xarici qulaq keçəcəyinin dərisinin, əsasən sümük hissəsinin
yayılmış diffuz zədələnməsidir.
222. Mərkəzi perforasiya nədir ?-
Qulaq pərdəsinin mərkəzi (göbək) hissəsinin
deşilməsi.
223. Otoskleroz nədir ?-
Labirintin sümük kapsulunun özünəməxsus xəstəliyi olub,
cavan yaşlarda meydana çıxır və eşitmənin getdikcə artan zəifləməsi və
qulaqlarda küy duyulması ilə xarakterizə olunur.
224. Labirintit zamanı xəstə nədən şikayət etmir ?-
❗ ❗ -
Dostları ilə paylaş: