225. Aşağı burun keçəcəyinə hansı dəlik açılır ?-
Gözyaşı -burun kanalının dəliyi
226. Burun çəpərinin dal şöbəsini hansı sümük əmələ gətirir ?-
Xış sümüyü və
xəlbir sümüyünün perpendikulyar səfhəsi.
227. Burun boşluğunun hissi innervasiyasını hansı sinirlər icra edir ?-
Üçlü sinirin
birinci və ikinci şaxəsi
228. Haymor cibinin aşağı divarı hansı boşluqla həmsərhəddir ?-
Ağız boşluğu ilə
229. Xroniki rinitlərin hansı formaları ayırd edilir ?-
Qeyri spesifik və spesifik.
230. Vazomotor rinitin inkişafına nə səbəb olur ?-
İqlim şəraiti ilə əlaqədar olaraq
müxtəlif amillər (soyuma, barometrik təzyiqin dəyişilməsi və s.)
231. Kəskin haymorit zamanı ön rinoskopiya etdikdə irinli ifrazat hansı burun
keçəcəyində müəyyən edilir ?-
orta burun keçəcəyi
232. Ozena nədir ?-
Burunda qartmaqların olmasıdır.Xüsusi iy, yalnız selikli qişa
deyil, burun balıqqulaqlarinın sümük skeletinin də şiddətli atrofiyası ilə
xarakterizə olunur.
233. Ozena zamanı qoxu funksiyası niyə itir ?-
Çoxlu qartmaqlar əmələ gəlməsi
nəticəsində burun tutulması əmələ gəlir.
234. Haymor boşluqlarına infeksiya hansı yolla düşə bilməz ?-
Ekzogen yolla
düşə bilməz.İnfeksiya əsasn endogen yolla olur(məs:
qripp,skarlatina,zökəm,rinit,qızılca kimi iltihabi xəstəliklər nəticəsində).
235. Uşaqlarda burun tənəffüsünün uzunmüddətli pozulması nəyin pozulmasına
səbəb olmur ?-❗ ❗ -
Səbəb olur: döş qəfəsinin və üz skeletinin qeyri düzgün
formalaşmasına; dişlərin eybəcər formada yerləşməsinə.
236. Burun travmasının əsas əlamətlərinə nə aid deyil ?-
❗ ❗ -
Aiddir: burun
qanaxması; burun nahiyyəsində,burunətrafı hissələrdə və üzdə ağrı; şişkinlik;
qansızma; xəlbir səfhədə çat olduqda onurğa beyin mayesinin xaric olması.
237. Uşaqlarda burun boşluğundan yad cisimləri çıxardıqda nə etmək olmaz?-
Yad cisimləri burundan çıxararkən traxeyaya və bronxlara düşməsin deyə, onları
burun-udlağa itələyib salmaq olmaz.
238. Burun çəpərinin əyilməsinin səbəbi nə ola bilər ? -
Anadangəlmə səbəblər
(qığırdaqların qalınlaşması nəticəsində); qazanılma(travmalar nəticəsində).
239. Burunda furunkulun əmələ gəlməsinə nə səbəb ola bilməz ?-❗ ❗ -
Dostları ilə paylaş: