14.Qırtlaq və traxeyanın anatomiya və fiziologiyası haqqında qısa
məlumat.Cərrahi xəstəlikləri.
260. Qırtlaq hansı boyun fəqərələri səviyyəsində yerləşmişdir ?-
Boyunun ön
səthində 4-6(rum rəqəmi ilə) boyun fəqərələri səviyyəsində.
261. Qırtlağın funksiyalarına hansı
aid deyil ?-❗ ❗ -
Aiddir: tənəffüs və səstörətmə funksiyası.
262. Səs bağlarının ön ucları hansı qığırdağa birləşir ?-
Qalxanabənzər qığırdağın
içəri səthi ilə çalovabənzər qığırdağın səs çıxıntısı arasına.
263. Qırtlaq qapağı hansı funksiyanı icra edir ?-
Qırtlaq girəcəyini qapayır.
264. Hansı əzələ səs yarığını genəldir ?-
Dal üzük-çalovabənzər əzələ.
265. Qırtlağın müayinə metodlarına hansı aid deyil ?-❗ ❗ -
Aiddir: bilavasitə və
dolayı larinqoskopiya; fibrolarinqoskopiya; larinqostroboskopiya;
rentgenodiaqnostika.
266. Dolayı larinqoskopiya hansı alətin köməyi ilə aparılır ?-
Qırtlaq alətlərinə
məxsus dəstəyə taxılmış-qırtlaq güzgülərindən.
267. Kişilərdə Adəm alması adlanan qabarma hansı qığırdağın ön hissəsidir? -
Üzüyəbənzər qığırdağın
268. Qırtlağın kəskin daralmasının səbəbi nə ola bilməz ?-❗ ❗ -
Ola bilər:
qırtlaqdaki iltihabi dəyişikliklər; səs yarığının birdən birə baş verən spazmı;
qırtlağın hərəki sinirlərinin pozulması; travma; allergiya və ya həşərat sancması
nəticəsində yaranan qırtlaq ödemi nəticəsində baş verə bilər.
269. Uşaqlarda müşahidə olunan yalançı inaq üçün hansı əlamətlər xarakterdir
?-
1 neçə dəqiqədən tutmuş yarım saata qədər uzanan bir neçə dəfə təkrarlanan
gecə qəfil tutmalar; güclü hürüşəbənzər öskürək; ağır töyşümə; sianoz; narahatlıq;
qıcolmalar.
Dostları ilə paylaş: |